Accessibility links

Meraya Keri Yeni İl gecəsi baş vermis insident barədə açıqlama verib


Meraya Keri nəhayət ki, Yeni İl gecəsi ifası zamanı baş vermis insident barədə açıqlama verib. Müğənni məyus olduğunu deyir.

Hadisə belə olub, Müğənni Meraya Keri səhnədə ifa etməyə başlamaq istəyərkən texniki nasazlıq baş verib.

Primadonna Entertainment Weekly-ə müsahibəsi zamanı məsələ barədə fikrini açıqlayıb. “Dik Klark heç bir ifaçının bu cür vəzəyyətə düşməsinə imkan verməzdi. Və o da mənim səhnədə keçirdiyim hissləri keçirirdi, çox məyus idi” deyə Meraya Keri bildirib.

Daha sonra müğənni deyib ki, bu hadisə ona qrupundan kənar şəxsə etibarının azalmasına səbəb olub.

Amma Kerinin adamları müğənniyə qarşı sabotajlıq edildiyini deyib. Dik Klarkın komandası isə iddiaların böhtan, təhqir və cəfəngiyyat adlandırıb.

Page Six mənbəyə istinadən yazır ki, “hadisə tamamilə Merayanın öz səhvi ucbatından olub. Onun yardımçısı səsi yoxlamaq üçün gəlir, özü deyil… və onun rəqqasları səhnədə idi. Hər kəs səhnədə musiqinin səsini eşidirdi. Bu səs-operatorunun səhvi deyildi.”

Hətta mərasimin aparıcısı Cenni Makkarti deyib ki, Meraya səsin səviyyəsini yoxlatmadan səhnəyə çıxdı. Makkarti Merayanın əsasən rəqsi repitisiya edirdi, amma səsin səviyyəsini yoxlamadığını deyib.

Kerinin komandası isə bütün deyilənləri təkzib edir.

Hər halda olan olub, keçən keçib.

XS
SM
MD
LG