Accessibility links

Merilend məktəbində güllələnən 16 yaşlı qızın həyat dəstəyi qurğusu söndürülür

Crime scene tape is used around Great Mills High School, the scene of a shooting, March 20, 2018, in Great Mills. A student with a handgun shot two classmates inside the school before he was fatally wounded during a confrontation with a school resource of

Merilend məktəbində güllələnən 16 yaşlı qızın anası onun beyninin fəaliyyətinin dayandığını və qızının həyat dəstəyi qurğusunun söndürüləcəyini bəyan edib.

Jeylin Uilli və digər bir şagird 17 yaşlı Great Mills məktəb şagirdi Ostin Rollins tərəfindən atəşə tutulub. Hücumçunun öldüyü bildirilsə də, onun hansı şəraitdə öldüyü bəlli deyil. Onun özünü və ya polisin onu vurduğu araşdırılır.

Müstəntiqlər Rollinsin Ceylin ilə görüşdüyünü və çox ehtimal ki, onu hədəf aldığını bildirib.

Florida ştatında 17 nəfərin ölümü ilə nəticələnən məktəb atışmasından sonra silahlara nəzarət ciddi debatlara yol açıb. Nikolas Kruz adlı hücumçu bir neçə maddə üzrə ittiham edilib.

Bu, ölkə boyu etirazlara səbəb olub.

Silahlara nəzarət tələbi ilə minlərlə şagird və müəllim aksiyalar təşkil edib.

XS
SM
MD
LG