Accessibility links

Merkel: Almaniya Brexit-lə bağlı hər hansı nəticəyə hazırdır 


Almaniya kansleri Angela Merkel Britaniyanın Avropa İttifaqından çıxmasını müzakirə etmək üçün bu həftənin çərşənbə günü Britaniyanın baş naziri Boris Consonla görüşəcəyini bildirib. Merkel rəsmi Berlinin müqavilə olmadan da baş verəcək Brexit prosesinə hazır olduğunu əlavə edib.

Mən hesab edirəm ki, müqavilə ilə çıxış müqaviləsiz çıxışdan daha yaxşıdır.
Angela Merkel

Boris Conson Avropa İttifaqı liderlərini Brexit danışıqlarına başlamağa razı salmağa çalışır. Bu baş verməsə, birliyin ikinci ən böyük üzvünün oktyabrın 31-də müqaviləsiz çıxışı kimi perspektiv gözlənilir. Britaniyanın birlikdən çıxışının yarada biləcəyi iqtisadi nəticələrlə bağlı ciddi narahatlıqlar mövcuddur.

“Biz hər hansı bir nəticəyə hazırıq, bunu deyə bilərik. Hətta müqaviləsiz nəticəyə də. Amma bütün hallarda mən danışıqların son gününə qədər həll tapmağa çalışacam” - deyə, kansler Merkel bildirib.

“Mən hesab edirəm ki, müqavilə ilə çıxış müqaviləsiz çıxışdan daha yaxşıdır. Amma əgər bu, mümkün deyilsə, biz alternativə də hazırıq”, Merkel əlavə edib.

The Sunday Telegraph qəzetinin verdiyi məlumata əsasən, Conson Merkelə Britaniya parlamentinin Brexit-i dayandıra bilməyəcəyini deyəcəyi gözlənilir.

XS
SM
MD
LG