Accessibility links

Angela Merkel rəsmi mərasimdə dövlət himnləri çalınarkən ayaq üstə durmayıb


Almaniyanın Kansleri Angela Merkel iyulun 11-də rəsmi mərasimdə dövlət himnləri çalınarkən əyləşib. O, sonradan jurnalistlərlə söhbətində səhhətinin qeydinə qaldığını deyib.

Merkel ictimaiyyət qarşısında daha bir “əsməcə” insidentindən sonra özünü yaxşı hiss etdiyində təkid edib.

Merkel çərşənbə günü Finlandiyanın baş naziri Antti Rinne ilə Berlində görüş də daxil edilməklə, bir ay ərzində üçüncü dəfə bu vəziyyətdə olub.

O, bir saatdan sonra müxbirlərlə söhbət zamanı özünü yaxşı hiss etdiyini və narahatlığa əsas olmadığını deyib.

Merkelin bildirdiyinə görə, iyunun 18-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı baş vermis ilk insidentin yaratdığı psixoloji təsir bundan sonrakı insidentlərə səbəb olub.

“Mən indi bir müddət bununla yaşamalıyam” - deyə, o bildirib. İkinci insident Merkelin Almaniya prezident sarayında yeni ədliyyə nazirinin andiçmə mərasimi zamanı baş verib.

Almaniyada ictimai fiqurların sağlıq durumu özəl həyata dair ciddi qanunlara görə məxfi saxlanılır.

Merkelin sağlamlığında ciddi problemlərin olduğu məlum deyil, lakin Avropanın iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsi olan Almaniyanın uzun illərdir liderinin sağlıq durumu yaxşı səviyyədədir.

Gələn həftə 65 yaşı tamam olacaq Angela Merkel dünyanın ən nüfuzlu qadınlarından biri hesab edilir. O, 2021-ci ildə vəzifə müddətinin bitməsindən sonra siyasətdən gedəcəyini elan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG