Accessibility links

Merkel kansler olaraq Rusiyaya son səfərini edib


Almaniya Kansleri Angela Merkel vəzifədə olduğu müddətdə son dəfə Moskvaya səfər edərək Prezident Vladimir Putinlə görüşüb. O, 16 ildən sonra bu il vəzifədən gedəcək.

İki lider cümə günü Kremldə görüşmədən əvvəl, Merkel Rusiyanın Moskvadakı Naməlum Əsgər Türbəsinə çələng qoyma mərasimində iştirak edib.

Daha sonra Putin danışıqlardan öncə Almaniya kansleri ilə fotoşəkil çəkdirmək üçün Kremldə görüşərkən ona bir buket gül hədiyyə edib. Merkel jurnalistlərin qarşısında Putinə bildirib ki, onlar arasında dərin fikir ayrılıqları olsa da, o, onların danışıqlar üçün görüşmələrinin vacib olduğunu düşünür.

Merkel iki liderin digər məsələlərlə bərabər Əfqanıstan və Liviyadakı vəziyyətin eləcə də ikitərəfli əlaqələrin müzakirə edəcəyini bildirib.

Putin və Merkelin, demək olar ki, tamamlanmış, Rusiyanın Almaniyaya gedən "Şimal axını 2" təbii qaz kəməri ilə bağlı müzakirələr aparacağı ehtimal edilir.

ABŞ boru kəməri ilə bağlı suallar qaldırır. Buna səbəb isə kəmərin tarixi qaz traniziti ölkəsi olan və müttəfiqi Ukraynadan yan keçməsidir.

Danışıqlardan dərhal sonra hər iki tərəfin birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.

Merkelin daha sonra bazar günü Kyivdə Prezident Volodimir Zelenski ilə də görüşü planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG