Accessibility links

Merkel Kyivdə deyib ki, təbii qaz "geosiyasi silah" olmamalıdır


Almaniya kansleri Angela Merkel deyib ki, təbii qaz geosiyasi silah kimi istfadə olunmamalıdır və Ukrayna ilə 2024-cü ildə müddəti bitəcək enerji tərəfdaşlığını uzatmağı dəstəkləyib.

Merkel avqustun 22-də Kyivdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında çıxış edib. Merkel gələn ay Almaniyada keçiriləcək seçkilərdən sonra vəzifədən getmədən öncə Ukraynaya son səfərini edir. Onun Ukrayna paytaxtına səfəri Moskvada Rusiya Vladimir Putinlə görüşdən iki gün sonraya təsadüf edib.

Merkel Nord Stream 2 təbii qaz boru kəmərini dəstəklədiyinə görə tənqid olunub. Kyiv. Vaşinqton və başqaları xəbərdarlıq edir ki, bu boru kəməri Moskvanın Avropa üzərində enerji gücünü gücləndirəcəyini və Ukraynanı gəlirli qaz tranziti haqqından məhrum edəcək.

Zelenski mətbuat konfransında bildirib ki, Rusiya ilə qaz tranziti üzərində razılığı uzatmaqla bağlı danışıqlar qeyri-müəyyəndir.

Merkel Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edəndən və Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayandan bəri Kyivin əsas dəstəkçisi olub. Münaqişə 13 min insanın ölümünə səbəb olub.

Merkel Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, o, sentyabrda Almaniyada keçirilən seçkidən sonra vəzifədən gedənədək “Ukraynanın ərazi bütövlüyü uğrunda işləməyə” davam edəcək.

Lakin Merkel yaxında Rusiyanın Almaniyaya təbii qaz təchizatını iki qat artıran Nord Stream 2 boru kəmər layihəsi ilə bağlı mövqeyinə görə tənqid olunub.

Berlin Ukraynanı itirilən gəlirə görə kompensasiya edən mexanizm yaratmaq ehtimalını irəli sürüb.

“Bunu praqmatik yanaşma adlandırmaq olar,” Zelenski bu həftə bir neçə mətbuat orqanlarına müsashibəsində bildirib.

O, Almaniya kanslerinin diplomatiyasını “çox incə balanslaşdırma aktı” adlandırıb, lakin əlavə edib ki, “mənim fikrimcə bu çox yumşaqdır.”

Ukrayna avqustun 24-də Sovet İttifaqından müstəqilliyi elan etməsinin 30-cu ildönümünü qeyd edəcək.

Bundan əlavə ölkə avqustun 23-də Krımla bağlı sammitdə iştirak edəcək və yarımadanın Ukraynaya qaytarılmasının yollarını müzakirə edəcək bir neçə Avropa liderinə ev sahibliyi edəcək. Lakin Merkel həmin konfransda iştirak etməyi planlaşdırmır.

Merkel avqustun 22-də kyivdə keçirilən mətbuat konfransında deyib ki, Berlin Rusiyanın 2014-ci ilə Krımın ilhaqını qanunsuz hesab edir.

XS
SM
MD
LG