Accessibility links

Merkel sağlıq durumunun normal olduğunu deyir


Almaniya kansleri Angela Merkel ictimaiyyət qarşısında daha bir “əsməcə” insidentindən sonra özünü yaxşı hiss etdiyində təkid edir.

Merkel çərşənbə günü Finlandiyanın baş naziri Antti Rinne ilə Berlində görüş zamanı bir ay ərzində üçüncü dəfə bu vəziyyətdə olub.

O, bir saatdan sonra müxbirlərlə söhbət zamanı özünü yaxşı hiss etdiyini və narahatlığa əsas olmadığını deyib.

Merkelin bildirdiyinə görə, iyunun 18-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı baş vermis ilk insidentin yaratdığı psixoloji təsir bundan sonrakı insidentlərə səbəb olub.

“Mən indi bir müddət bununla yaşamalıyam” –deyə, o bildirib. İkinci insident Merkelin Almaniya prezident sarayında yeni ədliyyə nazirinin andiçmə mərasimi zamanı baş verib.

Almaniyada ictimai fiqurların sağlıq durumu özəl həyata dair ciddi qanunlara görə məxfi saxlanılır.

Merkelin sağlamlığında ciddi problemlərin olduğu məlum deyil, lakin Avropanın iqtisadi baxımdan ən inkişaf etmiş ölkəsi olan Almaniyanın uzun illərdir liderinin sağlıq durumu yaxşı səviyyədədir.

Gələn həftə 65 yaşı tamam olacaq Angela Merkel dünyanın ən nüfuzlu qadınlarından biri hesab edilir. O, 2021-ci ildə vəzifə müddətinin bitməsindən sonra siyasətdən gedəcəyini elan edib.

XS
SM
MD
LG