Accessibility links

Merkel və Tramp beş aydan sonra ilk dəfə telefonla danışıblar


ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkeli Ağ Evdə qəbul edərkən (17 mart, 2017)

Bu həftə Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Tramp arasında Suriyadakı müharibə və Rusiyanın nüvə silaharları haqqında telefon danışığından öncə, iki lider beş ay ərzində bir-biri ilə söhbət etməyiblər.

Atlantik Okeanının hər iki tərəfində olan diplomatlar bu müddətin həddindən artıq uzun olduğunu və bu ilin sonuna qədər koalisiya qurmağa müvəffəq olacağı halda Merkelə Tramp ilə münasibətlərini yenidən qurmağa çətinliklər yarada biləcəyini bildirirlər.

Sıx transatlantik münasibətlərin tərəfdarı olan Merkel qlobal maliyyə böhranı, İranın nüvə proqramı və Rusiyanın Krımı ilhaq etdiyi dövrdə sabiq ABŞ prezidentləri Barak Obama və Corc Buş üçün Avropada üz tutduqları əsas lider idi.

Lakin Almaniya liderinin Tramp ilə münasibətləri ilk günlərdən bəri çox soyuq olaraq qalır.

Təhlilçilər narahatdırlar ki, ticarət mövzusunda translatlantik gərginlik, İran nüvə sazişi və NATO-nun müdafiə xərcləri məsələlərində liderlər arasında olan fikir müxtəliflikləri ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Almaniya höküməti rəsmiləri Merkel və Tramp arasındakı “radio sakitliyin” əhəmiyyətini kiçildərək qeyd edirlər ki, kansler Almaniyadakı mürəkkəb koalisiya danışıqları dövründə xarici liderlərlə əlaqə saxlamağa nisbətə az vaxt ayıra bilib.

Onlar əlavə edirlər ki, Almaniya və Birləşmiş Ştatlar arasında hökümətin aşağı səviyyələrində münasibətlər möhkəm olaraq qalır.

Hər hansı xarici liderin Trampa təsir etmək imkanında olub-olmaması suallar doğurur. Trampın bu cümə axşamı polad və alüminiumə sərt tariflərin tətbiq etməsi ilə bağlı elanı Avropa müttəfiqlərini potensial ticarət müharibəsi siqnalları ilə şoka saldı.

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezindenti Donald Tramp Nyu Yorkda görüşərkən
Fransa prezidenti Emmanuel Makron və ABŞ prezindenti Donald Tramp Nyu Yorkda görüşərkən

Merkeldən fərqli olaraq, Tramp ilə soyuq münasibətlə başlayan Fransa prezidenti Emmanuel Makron daha sonra Amerika lideri ilə münasibətlərini yaxşılaşdıra bilib. İlk görüşündə Tramp ilə gərgin “əl sıxmaq yarışı” keçirmiş Makron, bir neçə aydan sonra ABŞ prezidentini Bastiliya Günü mərasimində iştirak üçün Parisdə qəbul edərək, onunla Eyfel Qülləsində şam edib.

Növbəti həftə Makron Vaşinqtona səfər edəcək. Bu, keçən il Trampın prezidentliyi başladığı vaxtdan bəri xarici liderin ilk rəsmi dövlət səfəri olacaq.

Rəsmilərin verdiyi məlumata görə, son beş ay ərzində Makron və Tramp yeddi dəfə telefonla danışıblar. Eyni dövr ərzində ABŞ prezidenti Britaniya baş naziri Tereza Mey ilə dörd dəfə danışıb.

ABŞ və Almaniya rəsmiləri cümə axşamı keçirilən telefon danışıqlarından öncə təsdiq ediblər ki, Merkel və Tramp keçən ilin 28 sentyabr tarixindən bəri danışmayıblar. Almaniya rəsmiləri kanslerin Obama və Buş il demək olar ki, hər həftə danışdığını və həmin dövrdə iki ölkə liderləri arasında susqunluğun bir aydan çox çəkmədiyini bildiriblər.

XS
SM
MD
LG