Accessibility links

Mərkəzi Afrika Respublikasında referendumda səsvermə zamanı atışma baş verib


Bazar günü Mərkəzi Afrika Respublikasında üç ildir davam edən zorakılığa son qoymaq məqsədilə yeni konstitusiyaya dair səs vermə keçirildiyi zaman baş verən atışma və döyüş nəticəsində azı altı nəfər yaralanıb.

Müsəlman və xrisitan yarı-hərbi dəstə üzvləri səsvermənin qarşısını almaqla hədələyiblər.

Fransa Xəbər Agentliyinin jurnalisti bir məsciddə azı iki cəsəd gördüyünü bildirib. Amma seçkidə ölüm halları ilə bağlı rəsmi məlumat yoxdur.

Yeni konstitusiya qəbul olunsa, prezidentlik iki dəfə 5 beş illik müddəti ilə məhdudlaşdırılacaq, ordunun səlhaiyyətləri azalacacq və dini azadlıqlar təmin olunacaq.

Prezident və parlament seçkilərinin keçirilməsi bu ayın sonuna planlaşdırılır.

Müsəlman Seleka üsyançıları Mərkəzi Afrika Repspublikasında hakimiyyəti qısa müddətə ələ keçirdikdən və prezident Fransua Bozizi hakimiyyətdən devirdikdən bəri minlərlə insan qətlə yetirib, yüzlərlə insan isə evlərindən didərgin düşüb.

Nəticədə xristian yarı-hərbi dəstələri qalxıb və bu müsəlmanlarla xristianlar arasında amansız toqquşmalara səbəb olub. Xrsitianlar həmçinin Bozizin gələn seçkilərdə iştirak etməsinin qarşısını alan məhkəmə qərarına görə qəzəblidir.

BMT-nin sülhməramlı qüvvələri Mərkəzi Afrika Respublikasına yerləşdirilib. Bundan əlavə isə ötən ay Papa Fransis ölkəni ziyarət edərək sülhə çağırıb.

XS
SM
MD
LG