Accessibility links

Mərkəzi bankın rəhbəri postuna Cerom Pauelin namizədliyi irəli sürüləcəyi gözlənilir


Prezident Donald Tramp cümə axşamı Cerom Paueli ABŞ mərkəzi bankının yeni rəhbəri vəzifəsinə namizədliyini irəli sürəcək.

Bir neçə xəbər agentlikləri Trampın seçiminin Pauel olduğunu bildiriblər.

Onun növbəti ilin əvvəli müddəti tamam olacaq Federal Ehtiyat sədri Canet Yelleni əvəzləyəcəyi gözlənilir.

64 yaşlı Pauel 2012-ci ildən etibarən Federal Ehtiyatın idarəedici şurasının üzvüdür.

Mərkəzçi respublikaçı hesab olunan Pauel, hazırkı sədr Yellenin son illərdəki monetar siyasət strategiyasını dəstəkləyib və onun infyasiyanın aşağı olmasının səbəbinin faiz dərəcələrinə ehtiyatlı yanaşmanın nəticəsi olduğu fikrini bölüşür.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG