Accessibility links

ANAMA Heydər Əliyev prospektində bir ədəd top mərmisi aşkar edib


Fevralın 28-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Bakı şəhərində Heydər Əliyev prospekti 95 ünvanında bir ədəd top mərmisi aşkarlayıb.

ANAMA-nın məlumatında deyilir ki, qeyd olunan ərazidə Bakı Biznes mərkəzinin həyətinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş 152 mm-lik top mərmisi (G-530) aşkar olunaraq götürülüb.

Aşkar olunmuş boş mərminin ətrafında 200 kv.m əraziyə də yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Agentlik 2018-ci ilin yanvar-fevral aylarında Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Xızı, Şəmkir, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 1070 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 25 065 kv.m ərazi yoxlanılıb.

XS
SM
MD
LG