Accessibility links

Meryl Streep və Culiya Roberts “August: Osage County” filminin premyerasında


Meryl Streep “August: Osage County” filminin premyerasına tərəf müqabili Culiya Robertslə gəlib. Amerkainın ən məşhur aktrisaları Los Ancelesdə qırmızı xalça üzərində deyib-gülüblər. Duo yeni filmdə bir-biri ilə daim mübahisə edən ana və qız obrazlarını canlandırır. Amma ixtilaf yalnız sinema ekranı üçün nəzərdə tutulub. Belə ki, cütlük real həyata bir-biri ilə yaxşı yola gedir. Parıltılı libas əvəzinə, Gözəl Qadın bu dəfə tünd qara jaket və ağ kofta geyinib. Amma gözəgəlimli ayaqları ilə feminist tərəfini göstərməyi də unutmayıb. Oskar qalibi Meril ağ libasda və uzun gümüş boyunbağıda sadəcə qiyamət görünürdü. Qırmızı xalça üzərində bənövşəyi atlaz libasla Juliette Levis də nəzərləri özünə cəlb edib. Abigail Breslin gümüş zolaqları ilə, Evan MkQreqor isə ağıllı görünüşü ilə həvəskarları valeh ediblər.
XS
SM
MD
LG