Accessibility links

"Məsafə" adlı fotosərgi açılacaq, amma Praqada


 "Məsafə" adlı fotosərgi açılacaq. Fotoqraf Cahangir Yusif
"Məsafə" adlı fotosərgi açılacaq. Fotoqraf Cahangir Yusif

Fevralın 2-də Çexiyanın paytaxtı Praqada Azərbaycanda "siyasi məhbus" probleminə həsr edilmiş "Məsafə" adlı fotosərgi açılacaq.

Bu barədə məlumatı "Demokratiya naminə İncəsənət" (Art for Democracy) kampaniyası yayıb.

Fotoqraf Cahangir Yusifin https://www.azadliq.org/a/28254260.html "Distance/Məsafə" adlı foto layihəsi 2014-cü ildə həyata keçiriləcəkdi. Lakin layihə rəhbəri - hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən sonra sərgi təxirə salınmışdı. "Layihə Azərbaycanda siyasi fəaliyyətinə görə repressiya ilə üzləşmiş, siyasi məhbusları və onların ailə üzvlərini əhatələyir", – layihə müəllifləri bildirirlər.

"Art for Democracy" kampaniyasının məqsədi ölkədə insan haqlarının, demokratik təsisatların durumuna diqqət yönəltməkdir. 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı yarışması ərəfəsində "Sing for Democracy" ("Demokratiya naminə oxu") kampaniyası başladılmışdı. Sonradan bu kampaniya adını "Art for Democracy"yə dəyişdi.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycanda 100-dən çox insanın siyasi motivlərlə həbs olunduğunu bildirir. Amma hakimiyyət təmsilçiləri "siyasi məhbus" terminini qətiyyətlə rədd edir, hər kəsin konkret cinayətə görə həbs cəzası çəkdiyini, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

XS
SM
MD
LG