Accessibility links

Mesaj applikasiyaları və təhlükəsizlik [Video]


Mesaj applikasiyaları və təhlükəsizlik
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Mesaj applikasiyaları və təhlükəsizlik

Amnesty International təşkilatının bildirdiyinə görə, dünyanın ən populyar mesaj applikasiyaları istifadəçilərin təhlükəsizliyi və məxfiliyini adekvat şəkildə qoruya bilmir. Skype və Snapchat kifayət qədər şifrələmə təmin etmədikləri üçün tənqid edilən böyük şirkətlər arasındadır.

Bütün dünyada korrupsiya, hökümətin səlahəyyitlərindən sui-istifadə etməsi kimi məsələlərin üstünü açmaq istəyən jurnalistlər var. Ölkələrində təzyiqlərə müqavimət göstərməyə çalışan fəallar var və onlar hökümətləri tərəfindən aktiv olaraq təqib olunurlar. Bu hökümətlər onların işini pozmaq və ya onları məhkəməyə cəlb edib və hətta həbs etmək üçün onlar barədə məlumat toplamağa çalışırlar.
Şərif Əlsəid-Əli

Amnesty International 11 ən populyar mesajlaşma applikasiyalarını araşdırıb və aralarında təhlükəsizlik baxımından böyük fərqlərin olduğunu aşkar edib. Facebook Messenger və WhatsApp ən təhlükəsiz applikasiyalardır və hər biri mövcud 100-dən 73 bal alıb.

“Məsələn, WhatsApp çox güclü şifrələmədən istifadə edir. Applikasiyada insanlara hansı şifrələmədən istifadə olunduğu və insanların informasiyalarının necə qorunduğu bildirirlir,” deyə Amnesty International-dan Şərif Əlsəid-Əli bildirir.

WhatsAppdan fərqli olaraq isə Microsoft-a məxsus Skype və Snapchat bu məsələdə xeyli zəifdir.

“Onlar “əvvəldən-axıra” şifrələməsindən istifadə etmirlər, bu isə elə bir şifrələmə növüdür ki, burada mesajları göndərən və alan şəxslər oxuya bilər,” Əlsəid-Əli deyir.

Snapchat Amnesty-nin nəticələrinə qarşı çıxır və məxfiliklə təhlükəsizliyin “təməl dəyərlər” olduğunu bildirir.

Microsoft Amerikanın Səsinə verdiyi bəyanatda “Skype şifrələmədən istifadə edir və bir sıra digər texniki təhlükəsizlik tədbirləri görür. Biz insanların məxfiliyini hüquqi yollar və güclü siyasət vasitəsilə qoruruyuq və dövlət tərəfindən onların məlumatları ilə bağlı çağırış gəldiyində insanları bundan xəbərdar edirik,” deyilir.

WhatsApp və Facebook
WhatsApp və Facebook

Amesty-nin dediyinə görə, məsələ təkcə məxfilik deyil.

“Bütün dünyada korrupsiya, hökümətin səlahəyyitlərindən sui-istifadə etməsi kimi məsələlərin üstünü açmaq istəyən jurnalistlər var. Ölkələrində təzyiqlərə müqavimət göstərməyə çalışan fəallar var və onlar hökümətləri tərəfindən aktiv olaraq təqib olunurlar. Bu hökümətlər onların işini pozmaq və ya onları məhkəməyə cəlb edib və hətta həbs etmək üçün onlar barədə məlumat toplamağa çalışırlar,” deyə Əlsəid-Əli bildirir.

Gedərək maşın və məişət texnikası kimi daha da çox əşya internətə bağlanır və bu “əşyaların interneti” adlanır.

Əlsəid-Əli deyir ki, “əşyaların interneti” ilə artıq hər yerdə sensorlar olacaq. Evlərimiz, şəhərlərimizdə on hətta yüz milyonlarla sensor olacaq. Bu sensorlar vasitəsilə isə biz har zaman dinlənəcəyik, barəmizdə məlumat toplanacaq. Əgər biz məxfiliyimizi indi çox güclü şifrələmə vasitəsilə qorumağa başlamasaq, gələcəkdə məxfilik deyə bir şey olmayacaq.”

Amnesty-nin sıralamasında sonuncu yerdə çinin Tencent şirkəti gəlir. Bu şirkət WeChat və QQ applikasiyalarının sahibidir. O, 100-dən 0 xal alıb.

XS
SM
MD
LG