Accessibility links

Meşələrdə karbon dioksid sınağı keçirilir [Video]


Meşələrdə karbon dioksid sınağı keçirilir
please wait

No media source currently available

0:00 0:01:06 0:00

Meşələrdə ağaclar özlərinə çox miqdarda karbon dioksid çəkir. Amma alimlər onların bu karbonu özlərində saxlamaqda nə dərəcədə müvəffəq olduqlarını və özlərinə çəkə bildikləri karbona bir limitin olub-olmadığını öyrənməyə çalışır.

Biz meşələrin bunu necə və ya nə üçün etdiyini, karbon dioksidin hara getdiyini və meşələrin bunu hansı müddətə kimi edə bildiyini dəqiq olaraq bilmirik.
Maykl Tusz

Bu metal halqalar meşələrin iqlim dəyişikliyinə qarşı nə dərəcədə yaxşı mübarizə apardığını yoxlamaq üçün aparılan testin bir hissəsidir.

Bu boruların hər birində İngiltərədə yerləşən bu meşəyə karbon dioksin buraxan dəliklər var.

Birminqham Universitetindən Maykl Tausz: “Bu borular meşənin altı hissəsində yerləşdirilib. Onların üçü meşəyə karbon dioksid buraxır, üçü isə kontrol borularıdır, yəni onların içi boş olduğu üçün, meşəyə heş bir təsir göstərmirlər”.

Borular meşələrə 2050-ci ildə Yer kürəsinin atmosferinə daxil olacağı gözlənilən miqdarda karbon buraxır.

Məqsəd meşələrin karbon dioksidi necə və hansı miqdarda özünə çəkə bildiyini öyrənməkdir.

Karbon dioksid
Karbon dioksid

“Biz meşələrin bunu necə və ya nə üçün etdiyini, karbon dioksidin hara getdiyini və meşələrin bunu hansı müddətə kimi edə bildiyini dəqiq olaraq bilmirik”, deyə Tausz bildirir.

Bu eksperimetin on il davam edəcəyi gözlənilir və təkcə meşədəki ağacların deyil, həm də torpaq və həşəratların yüksək karbon dioksid dərəcələrinə necə müqavimət reaksiya verdiyi araşdırılacaq.

XS
SM
MD
LG