Accessibility links

Qəbələdə yanğınların söndürülməsi davam edir


Sentyabrın 6-sı Qəbələ rayonunda meşələrdə baş verən yanğınların söndürülməsi ilə bağlı Dandıx kəndində yaradılan qərargahda növbəti əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilir ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Müşavirədə çıxış edən E.Mirzəyev bildirib ki, Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığında baş verən yanğınlar tam nəzarətə alınıb.

«Hazırda yanğınsöndürmə işləri, əsasən, bəzi çətin relyefə malik ərazilərdəki kiçik közərmə (tüstüləmə) sahələrində aparılır», - məlumatda vurğulanır.

Qərargahın rəhbəri deyib ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin 630 nəfər şəxsi heyəti iştirak edir. Habelə, prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsi, 30 polis əməkdaşı və iki təcili tibbi yardım briqadası cəlb edilib. O, həmçinin vurğulayıb ki, yanğınsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnika cəlb olunub.

Avqustun 28-də Qəbələ və Oğuz rayonlarında meşə yanğınlarının baş verdiyi açıqlanmışdı. Avqustun 30-u bildirildi ki, yanğınlar lokallaşdırılıb. Ancaq sonradan bəlli oldu ki, hər iki rayon ərazisində meşə yanğınları davam edir. Bir neçə gün öncə Oğuz rayonunda yanğının tam söndürüldüyü açıqlanıb. Ötən həftənin sonu yanğınların söndürülməsi ilə bağlı fövqəladə hallar naziri K.Heydərovun rəhbərliyi ilə də Dandıx kəndində müşavirə keçirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG