Accessibility links

İsmayıllıda meşə yanğını


 İsmayıllıda meşə yanğını
İsmayıllıda meşə yanğını

Yanğının söndürülməsinə təyyarə və helikopter cəlb olunub

İsmayıllı rayonu, Qaraqaya kəndində (rayon mərkəzindən 25 km aralı) dağlıq ərazidə meşə yanır.

FHN bu barədə məlumat versə də yanğının baş vermə səbəbi və əhatə etdiyi ərazi barədə yazmır.

Məlumata görə yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin məlumatına görə isə , avqustun 26-da İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verib.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Bu yay Lerik, Lənkəran, Qəbələ meşələrində bir neçə gün davam edən yanğınlar baş verib.

XS
SM
MD
LG