Accessibility links

Məşhur abidələr önündə idman məşqləri [Video]


Məşhur abidələr önündə idman məşqləri
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Məşhur abidələr önündə idman məşqləri

Getdikcə daha çox fitnes asılılığı olan insanlar açıq havada idman edərək gündəlik məşqlərinə sağlamlıq faydaları qatırlar. Amerikanın tarixi abidələri önündə məşq etmək insana adi idman zalında əldə edə bilmədiyi enerji verir.

Biz ekstrim şeylər edirik. Tribunanı arxa-arxaya qalxırıq, ölkənin ən gözəl yerlərindən birində ürək döyüntüsünü bacardığımız qədər yüksəldib, sonra endiriri.
Co Hendriks

Səhər tezdən bu fitnes qrupu Linkoln Abidəsinin önündə toplaşıb, gözəl mənzərə qarşısında məşqə başlayırlar. Onlar prezident Linkolnun heykəlinə aparan 145 pilləkanı qalxırlar. Pilləkanları enəndə isə onların qarşılaşdığı mənzərə Vaşinqton Abidəsi və Əks Etdirici Hovuzdur.

İştirakçılar deyir ki, abidələrin abu-havası onları hərəkət etməyə həvəsləndirir.

“Əsasən də başqa şəhərlərdəki insanlar bu ikonik mənzərəyə görə gəlib Linkoln Abidəsi önündə məşq etməyi sevirlər,” deyə Ceymi Lenni bildirir.

Bunun kimi fitnes qrupları bütün ABŞ boyu formalaşır. Onlar tərləmək və eyni zamanda mənzərədən həzz almaq üçün Rockie filmində görüntülənən Filadelfiya İncəsənət Muzeyinin pilləkanları və Denver yaxınlığında yerləşən Red Rock amfiteatrının hündür pilləkanlarından istifadə edirlər.”

“Mən bayırda olmağı sevirəm. Rocky pilləkanlarında qaçaraq çıxıb-düşməyə gələn qonaq və ziyarətçilərdən aldığım enerjini sevirəm. Mən xoşuma gələn şeyi etməyi sevirəm,” deyə Rebekka Fabiano bildirir.

Red Rocks Amfiteatrında fitnes müəllimi Co Hendriks deyir ki, bəzi günlərdə onun qrupunun iştirakçılarının sayı 300-ü keçir.

“Biz ekstrim şeylər edirik. Tribunanı arxa-arxaya qalxırıq, ölkənin ən gözəl yerlərindən birində ürək döyüntüsünü bacardığımız qədər yüksəldib, sonra endiririk,” deyə Co bildirir.

Məşqçilər valehedici mənzərələrin insanları evdən bayıra çıxarmağa təşviq etdiyini deyir.

Bəzi heykəl və abidələrin qaçış və qrup şəklində məşqlərlə bağlı məhdudlaşdırıcı qaydaları olsa da, Vaşinqtondakı Nationall Mall parkı gündəlik məşqlərinə bir az ilham qatmaq istəyənlər üçün gözəl və uyğun seçimdir.

XS
SM
MD
LG