Accessibility links

Messi dünyanın ən çox pul qazanan idmançısıdır


Forbes jurnalının yeni dərc etdiyi reytinqə əsasən, Barselona futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi dünyanın ən çox pul qazanan idmançısıdır. Jurnalın verdiyi məlumata görə, onun əldə etdiyi gəlir 127 milyon dollar təşkil edib.

Reytinqin ikinci və üçüncü yerlərində, Yuventus klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu və PSJ klubunun braziliyalı hücumçusu Neymar qərarlaşıblar. Onların əldə etdikləri gəlirlər müvafiq olaraq 109 və 105 milyon dollar təşkil edib.

Forbes jurnalının reytinqində dördüncü yerdə 94 milyon dollarla meksikalı boksçu Kanyelo Alvares yer alıb. İlk beşliyə daxil olan digər idmançı isə isveçrəli tennisçi Rocer Federerdir. Federer Alvaresdən təxminən yarım milyon dollar geridədir.

Ən çox gəlir qazanan ilk 100 idmançı arasında yer almağa müvəffəq olan yeganə qadın Serena Uilyams olub. Onun gəliri təxminən 29 milyon dollar təşkil edib.

Son yeddi ildə dörd dəfə ilin reytinqində birinci yerdə olan boksçu Floyd Meyvezer bu ilin reytinqində ilk 100-lüyə daxil ola bilməyib.

XS
SM
MD
LG