Accessibility links

Messi ilə görüşən 7 yaşlı oğlanın anası: “Oğlumun məşhurlaşmasına peşmanam”


Messi ilə görüşən 7 yaşlı oğlanın anası: “Oğlumun məşhurlaşmasına peşmanam”
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Plastik paketdən hazırlanmış və üzərində Messi yazılmış köynək geyindiyinə görə məşhurlaşan gənc əfqanıstanlı oğlan ailəsilə bərabər ölkə paytaxtına köçmək məcburiyyətində qalıb. Anasının sözlərinə görə, ailə bu qərarı Talibanın və kriminal qrupların uşağı öldürmək və ya oğurlamaq hədələrindən sonra verib.

İnternetdə qısa zamanda populyarlaşan argentinalı futbol ulduzu Messinin 7 yaşlı pərəstişkarı Murtazanın anası Şafiqa Ahmedi oğlunun hədələrə görə məktəbə gedə bilmədiyini və hal-hazırda Kabildə soyuq və nəmli otaqda yaşadıqlarını deyir.

Təxminən iki il öncə Murtuzanın plastik paketdən hazırlanmış və üzərində Messi yazılmış futbol forması ilə şəkli İnternetdə qısa müddət ərzində ən çox paylaşılan fotolardan biri oldu. Nəticədə, həmin ilin dekabr ayında Murtuza sevimli futbolçusu ilə görüşdü.

Lakin populyarlıq Murtuza və onun ailəsi üçün bir kabusa çevrildi.

“Mən Murtuzanın məşhurlaşmasına peşmanam” – deyə ana Associated Press agentliyinə bildirib: “Bu ona və bizə böyük problemlər yaradıb. İki ildir ki, biz onu məktəbə göndərə bilmirik. Bunların baş verməməsini istəyərdim.”

Kriminal qruplar Murtuzanın populyarlıq nəticəsində gəlir əldə etdiyini güman edərək, ailəni pul vermədikləri halda uşağı oğurlayacaqları ilə hədələyirlər. Talibanın lokal qrupları bir neçə məktəb avtobusunu dayandıraraq, kiminsə Murtuzanı tanıyıb-tanımadığını soruşub. Bu hadisələr Messinin Qətərdə Murtuza ilə görüşməsi və ona öz futbol formasını hədiyyə etməsindən sonra başlayıb.

Üç həftə öncə ailənin Əfqanıstan paytaxtına köçməsi çox ağır olub. Murtuza beş övladın ən gəncidir və ailəsi Kabilin şimal-qərbində yerləşən Əfşar ərazisində bir otaq üçün ayda təxminən 90 dollar ödəyir.

Murtaza Ahmadi argentinalı futbol ulduzu Lionel Messinin imzaladığı futbol köynəyi ilə şəkil çəkdirərkən.
Murtaza Ahmadi argentinalı futbol ulduzu Lionel Messinin imzaladığı futbol köynəyi ilə şəkil çəkdirərkən.

Murtuzanın dayısı Asif Ahmedi ailənin pul verməyəcəyi halda uşağın öldürüləcəyi və ya oğurlanacağı deyilən məktublar və zənglər aldığını deyir: “Hər kəs düşünür ki, əgər o məşhurdusa deməli bizim indi çoxlu pulumuz var, amma biz kasıb insanlarıq.”

Kriminal qruplar 17 ildir ki, müharibə şəraitində olan Əfqanıstanda çox rahat fəaliyyət göstərə bilir. Ölkənin 38 milyonluq əhalisinin böyük hissəsi kasıbdır. Korrupsiyaya görə çox sayda yerli polis kriminal qruplarla əlbirdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG