Accessibility links

Milli fəal Məsud Qasımzadə müvəqqəti azadlığa buraxılıb


Güneyli milli fəal Məsud Qasımzadə məhkəmə zamanına qədər müvəqqəti olaraq azadlığa buraxılıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, o, noyabrın 14-də sərbəst buraxılıb.

Girov qarşılığında müvəqqəti sərbəst buraxılan milli fəal Məsud Qasımzadə noyabrın 13-də Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Milli fəalın yaxınları tərəfindən verilən məlumata görə, Qasımzadə həbs edildiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən onun saxlanılması ilə bağlı heç bir qanuni sənəd göstərilməyib.

İndiyə qədər Məsud Qasımzadənin saxlanılmasının səbəbləri və ona qarşı irəli sürülən ittihamlar ilə bağlı heç bir məlumat yoxdur.

Məsud Qasımzadə bundan öncə də apardığı dinc fəaliyyətləri ilə bağlı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən dindirilərək təhdid edilib.

Təbriz sakini olan Məsud Qasımzadə Ərdəbildə Traktor futbol komandasının azarkeşlərini koordinasiya edən ehtiraslı azarkeşlərindən biridir. Traktor komandası İranda türklərin hüquqlarının pozulmasına qarşı etiraz tribunu kimi tanınır və indiyədək yüzlərlə azərbaycanlı bu komandanın oyunlarında İran hökuməti qüvvələri tərəfindən həbs edilib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG