Accessibility links

Mesut Özil: `Biz udanda mən almanam, uduzanda isə mühacirəm`


Almaniya milli yığması və Arsenalın oyunçusu Mesut Özil “irqçilik və hörmətsizliyi” qeyd edərək, Almaniya komandasını tərk etdiyini bildirib.

Özil bu qərarı Almaniyanın bəzi mətbuat orqanları və bəzi idman rəsmilərinin 2018-ci il dünya futbol çempionatında qrup mərhələsində Almaniya milli yığmasının yarışlara vida etməsinə görə onu məsul tutması və son həftələr ona yönəlmiş sərt təndiqlərin ünvanlamasından sonra verdiyini deyib.

O, mesajlarda özünə qarşı irqçi və onun etnik mənşəyinə hörmətsizlik məzmunlu açıqlamalardan bəhs edib.

Mənim iki ürəyim var: biri alman, biri türk.

Twitter səhifəsində gün ərzində açıqladığı üç mesajında Ozil son günlər baş verənlər üzərində düşündüyü və öz fikirlərini ictimaiyyətlə bölüşmək istədiyini bildirib.

Mesut Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyo foto-şəkil, London, 13 may, 2018.
Mesut Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyo foto-şəkil, London, 13 may, 2018.

İlk mesajında Özil türk mənşəyi haqda, Almaniyada türk anasından öyrəndiyi dəyərlərə sadiq qaldığını bildirib. “Mənim iki ürəyim var: biri alman, biri türk” Özil yazıb.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi foto ilə bağlı mübahisələrlə bağlı fikirlərini bildirib.

Qrindel və onun tərəfdarlarının gözündə biz udanda mən almanam, amma biz uduzanda mən mühacirəm.

“Mənim işim fubol oynamaqdır, siyasət deyil və bizim görüşümüz siyasi dəstək demək deyildi. Əslində, biz görüşümüzdə hər zaman danışdığımız mövzudan-futboldan-danışırdıq, çünki o da gənc yaşlarında futbol oynayıb”, Özil mesajında yazıb.

Mesut Özil 2014-cü ildə dünya futbol çempionatının finalında Argentina yığması ilə matçda Almaniyanın qələbəsi ilə başa çatmış oyun zamanı
Mesut Özil 2014-cü ildə dünya futbol çempionatının finalında Argentina yığması ilə matçda Almaniyanın qələbəsi ilə başa çatmış oyun zamanı

Twitter səhifəsindəki üçüncü mesajında o, Almaniya futbol liqası və onun prezidenti Raynhald Qrindelin xüsusilə də dünya futbol çemponatında Almaniya yığmasının məğlubiyyətinə görə onu məsul tutması məsələsinə diqqət yönəldib. “Qrindel və onun tərəfdarlarının gözündə biz udanda mən almanam, amma biz uduzanda mən mühacirəm”, Özil mesajında yazıb və bundan sonra Almaniya milli yığmasını formasını geyinməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG