Accessibility links

Qərbin populist liderlərinin mətbuatla bağlı mövqeyi tənqidlə qarşılanır


Çərşənbə axşamı iki beynəlxalq təşkilat populist siyasətçilərin mediaya davamlı hücumlarını qeyd edərək, bu hücumların demokratiyaya təhlükə yaratdığını bildirib.

Sərhədsiz Reportyorlar və Freedom House təşkilatlarının dünyada mətbuat azadlığının son durumu haqqında illik hesabatlar Qərbin populist liderlərinin medianı hörmətdən salmaq cəhdlərini, müxbirləri tənqid etmələrini və məhdudiyyət tətbiq etməklə bağlı hədələrini qeyd edib.

Sərhədsiz Reportyorların Media Azadlığı İndeksi adlı illik hesabatı 180 ölkə arasında mətbuat azadlığını ölçür.

ABŞ prezidenti Donald Tramp hər iki təşkilatın hesabatlarında sərt tənqid ünvanına çevrilib. Səhrədsiz Reportyolar onu “mətbuatı əzmək həvəskarı” adlandırıb.

Freedom House isə öz növbəsində Trampın mətbuatı “Amerika xalqının düşməni” adlandırması, müxbirləri və media qurumlarını gözdən salmaq cəhdlərini ictimaiyyətin faktlar üzərində əsaslanmış jurnalistikaya qarşı inamını zəiflətdiyini bildirib.

Ağ Ev hələlik tənqidlərə cavab verməyib.

Sərhədsiz Reportyorların Media Azadlığı İndeksi adlı illik hesabatı 180 ölkə arasında mətbuat azadlığını ölçür. Bu ilin hesabında Norveç Finlandiyanı qabaqlayaraq birinci yerə yüksəlib. Ən son yerdə isə keçən il olduğu kimi Şimali Koreyadır.

XS
SM
MD
LG