Accessibility links

Anar Məmmədli: Səsvermənin azad və ədalətli olacağına böyük şübhələr var [Video-müsahibə]


Anar Memmedli
Anar Memmedli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibə verib

Oktyabrın 7-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) və Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi (KBƏİB) ilə birgə ikinci aralıq hesabatı təqdim edib.

Bu günki mətbuat konfransında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib ki, ölkədə hüquqi və siyasi mühit səmərəli seçki kampaniyası keçirilməsi üçün şərait yaratmayıb.

Anar Məmmədli qeyd edib ki, 2008 və 2010-cu illərdə "Seçki Məcəlləsi"nə edilmiş düzəlişlər seçki kampaniyasının 60, təşviqat müddətinin isə 22 günə qədər azaldılmasına gətirib çıxarıb, bu da namizədlərin, partiyaların və müşahidəçilərin seçki prosesində iştirakını məhdudlaşdırıb.

Seçki kampaniyası dövründə “Tolışi sədo” qəzetinin redaktoru Hilal Məmmədov barəsində hökm çıxarılıb, jurnalist Pərviz Həşimli həbs edilib.

Kampaniyaya gəlincə o, qeyri-bərabər şəraitdə keçirilir. Belə ki, bir çox dairələrdə namizədlərin seçicilərlə görüşləri üçün əlverişsiz yerlər ayrılıb.

Bu zaman yerli hakimiyyət, polis, bələdiyyələr müxalifət namizədlərinin təşviqat tədbirlərinə müdaxilə edib. Dairələrin 34%-də vətəndaşların İlham Əliyevə dəstək tədbirlərində məcburi iştirakı qeydə alınıb.

Mərkəzi Seçki Komissiyası (MSK) ekzit-poll keçirmək istəyən qurumlara qarşı ayrı-seçkilik nümayiş etdirib.

Müstəqil müşahidəçilərin qeydiyyatında problemlər var. Belə ki, SMDT-nin təlim keçdiyi 100 müşahidəçiyə akkreditasiya verilməyib, baxmayaraq ki, MSK 40 min müşahidəçinin qeydə alındığını bildirir. Lakin bu müşahidəçilərin əksəriyyəti yerli hakimiyyətin və dövlət orqanlarının nümayəndələridir.

İki mindən çox beynəlxalq müşahidəçinin əksəriyyətinin kimliyi də şübhə doğurur, belə ki, onlardan cəmi 400 nəfəri ciddi beynəlxalq təşkilatları – ATƏT DTİHB, ATƏT PA, Avropa Parlamenti və AŞPA-nı təmsil edir.

A.Məmmədli həmçinin bildirib ki, İ.Əliyev, Cəmil Həsənli və İqbal Ağazadənin xeyrinə fəal seçki kampaniyası həyata keçirilib.

Digər namizədlərin əksəriyyəti isə “texniki” namizəd olub və faktiki olaraq, hakimiyyətin namizədinin xeyrinə təşviqat aparıb.

İctimai Televiziyada teledebatların mahiyyəti və vaxtı da seçicilərin tələbatına cavab verməyib. 24 ümummilli və regional telekanaldan yalnız İTV namizədlərə efir verib. Bu zaman İTV C.Həsənliyə ödənişli efir vaxtı ayırmaqdan imtina edib.

MSK Cəmil Həsənliyə debatlardakı insidentə görə ciddi xəbərdarlıq, Hafiz Hacıyevə isə sadəcə xəbərdarlıq etməklə qeyri-obyektivlik nümayiş etdirib.

 Anar Məmmədli: Biz seçkiqabağı təbliğat və təşviqat dövrünü demokratik,azad,ədalətli hesab edə bilmərik
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG