Accessibility links

Rauf Mirqədirovun atası vəfat edib


Rauf Mirqədirov

Qohumları son günlər oğlunun həbsinə görə Həbibullah Mirqədirovun səhhətinin korlandığını bildirib

Mayın 24-də səhər saatlarında dövlətə xəyanət ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun 84 yaşlı atası Həbibullah Mirqədirov vəfat edib.

Bu barədə Amerikanın Səsinə jurnalistin qohumları bildiriblər.

Onların sözlərinə görə, yaşlı olmasına baxmayaraq, Həbibullah Mirqədirov özünü yaxşı hiss edirdi. Lakin oğlunun həbsi onun səhhətini korlayıb.

Jurnalistin valideynlərinin evində istintaq üçün əhəmiyyət kəsb edən heç nəyin tapılmaması ilə nəticələnən dünənki axtarış yaşlı Mirqədirova pis təsir edib.

Vəkillərin sözlərinə görə, istintaq Mirqədirovun təqsirini sübut edən heç bir dəlil təqdim etməyib.

İstintaq Mirqədirovu Ermənistanın xeyrinə casusluqda ittiham edir.

Şərhlərə bax (1)

Bu forum qapanıb

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG