Accessibility links

Vəkil Əfqan Sadıqov barədə məhkəmə qərarından apellyasiya şikayəti verib


Əfqan Sadıqov
Əfqan Sadıqov

Jurnalist 30 sutka həbsə məhkum edilib

Jurnalist Əfqan Sadıqovla iyulun 12-də Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanması Məntəqəsində görüşüm mümkün oldu. Məhkəməinin qərarında inzibati qaydada həbs edilənlərin həbs yerində saxlanılması yazılsa da, Sadıqov yalnız bu gün bu məntəqəyə köçürülüb”.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Ailə üzvlərinin dediyinə görə, Azel.tv saytının rəhbəri Əfqan Sadıqov iyulun 6-da Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) ata evində olarkən saxlanılıb.

İyulun 9-da Daxili İşlər Nazirliyindən bildiriblər ki, Əfqan Sadıqov Azərbaycanda yaranmış enerji problemi və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxslə birgə saxlanılıb və 30 sutka həbsə məhkum edilib.

Əfqan Sadıqlı bundan öncə də bir il yarım həbsdə olub. O, bu il mayın 23-də azadlığa buraxılıb. Həbsdən buraxıldıqdan sonra qəbiristanlığa gedərək simvolik olaraq özü üçün qəbir qazıb və sosial şəbəkələrdə indiki rejimə qarşı sonadək mübarizə aparacağını bəyan etdiyi əks olunmuş video müraciətini yayıb.

Vəkilin dediyinə görə, bu gün Əfqan Sadıqovla görüşündən sonra məhkəmə qərarından apellyasiya şikayəti verib.

“Əfqan Sadıqov Cəlilabad rayonunda saxlanılsa da o, Nərimanov rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq), 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

“Sadıqov iyulun 6-da Cəlilabad rayonunda saxlanılıb. Ancaq məhkəmənin qərarında yazılır ki, o, iyulun 7-də Bakının Nərimanov rayonunda küçədə guya söyüş söyüb. Bu zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşıb, qayda-qanuna əməl etməyə dəvət ediblər”, vəkil qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG