Accessibility links

Bu gün Bakı metrosu işləməyəcək [Video]


İnsanların daşınması üçün nəqliyyat bəs etmir

İyulun 4-də Bakı Metropolitenində bərpa işləri aparıldığından test rejimində fəaliyyət göstərəcək və sərnişinlər üçün bağlı olacaq. Gün ərzində paytaxt ərazisindəki digər müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyətini davam etdirəcək və sərnişinlərin daşınması ödənişsiz həyata keçiriləcək. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında deyilir.

Qara Qarayev metro stansiyasının qarşısı
please wait

No media source currently available

0:00 0:00:39 0:00

Iyulun 3-də Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-də axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.

Beləliklə, metro tunellərində qatarlarda çoxsaylı insanlar qalıb.

Məlumatda deyilir ki, paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Bütün metro stansiyalarının çıxışları, eləcə də Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib.

Qara Qarayev metrosunun qarşısı
Qara Qarayev metrosunun qarşısı

Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib.

Buna baxmayaraq, metro stansiyalarının qarşısında sıxlıqdır. İnsanların daşınması üçün nəqliyyat bəs etmir. Hətta bəzi metro stansiyalarının qarşısında taksi belə tapmaq mümkün deyil. Taksi qiymətləri iki-üç dəfə bahalaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG