Accessibility links

Metyu Brayza: NATO və Rusiyanın müdafiə sistemlərinin ayrı olması daha yaxşıdır


Metyu Brayza: NATO və Rusiyanın müdafiə sistemlərinin ayrı olması daha yaxşıdır
Metyu Brayza: NATO və Rusiyanın müdafiə sistemlərinin ayrı olması daha yaxşıdır

Cənab Brayza nın fikrincə, Amerika dərk edir ki, Qəbələ RLS Azərbaycanda yerləşir və Rusiya istifadə edir. “Sözsüz ki, biz burada müdafiə sistemindən danışırıqsa Qəbələ RLS-lə bağlı bütün tərəflərlə müzakirə aparmaq lazımdır.

Qəbələ RLS-dən birgə istifadə ilə bağlı məsləyə gəldikdə, Amerikanın silahlardan müdafiə siyasəti çox aydındır. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza jurnalistlərin Qəbələ RLS-dən Azərbaycan, Amerika və Rusiyanın birgə istifadəsi ilə bağlı sualının cavabında bildirib.

Onun dediyinə görə, Amerika NATO-dan olan həmkarları ilə birgə düşünür ki, müdafiə sisteminin müstəqil şəkildə olması daha yaxşıdır. “Yəni, NATO-nun müdafiə sistemi ayrı, Rusiyanın müdafiə sisteminin ayrı olması daha yaxşıdır. Yaxşı olar ki, bu iki sistem öz aralarında əməkdaşlıq etsin. Əməkdaşlığın necə olacağını isə hələ dəqiqləşdirmək lazımdır. Çünki, bu müdafiə sistemlərinin hələ arxitekturası, quruluşu inkişaf etməkdədir. Yəni, hələ dəqiq deyil”.

Səfir eyni zamanda deyib ki, Amerika dərk edir ki, Qəbələ RLS Azərbaycanda yerləşir və Rusiya istifadə edir. “Sözsüz ki, biz burada müdafiə sistemindən danışırıqsa Qəbələ RLS-lə bağlı bütün tərəflərlə müzakirə aparmaq lazımdır. Amma, bizim müdafiə sistemimizin nədən ibarət olacağı ilə bağlı mənim elə də dəqiq məlumatım yoxdur”, - deyə o qeyd edib.

XS
SM
MD
LG