Accessibility links

Mevlut Çavuşoğlu: Manbij şəhərini tərk edən kürd döyüşçüləri silahsızlaşdırılacaq


Türkiyənin xarici işlər naziri Suriyanın Manbij şəhərini tərk edən kürd döyüşçülərinin silahsızlaşdırılacağını bildirib. Bu, Amerika ilə Türkiyə arasında əldə edilən yol xəritəsinə əsasən həyata keçiriləcək.

Mevlut Çavuşoğlunun bildirdiyinə görə, amerikalı həmkarı Mayk Pompeo ilə əldə edilən razılıq 10 gündən sonra həyata tətbiq ediləcək və bu, 6 ay sürəcək.

Nazır gələcəkdə bu modelin Rəqqa, Kobani və digər bölgələrdə də tətbiq ediləcəyini deyib.

Amerika YPG-ni terror təşkilat elan edəcəyinə söz verməyib.

Çavuşoğlu deyib ki, Türkiyənin Manbij səyləri Rusiya və Suriya ilə əməkdaşlığın alternativi deyil.

Türkiyə ilə Birləşmiş Ştatların birgə işçi qrupu Ankara görüşündə Suriyanın Manbij əyalətində təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı “yol xəritəsi” nin əsasını hazırlayıb.

Türkiyə yanvarın sonlarından Suriyanın şimalında hərbi əməliyyatlar keçirir.

Əməliyyat zamanı bu bölgədə yerləşən Manbij şəhəri də nəzarətə götürülməli idi.

Amma həmin ərazidə ABŞ-ın hərbi bazası və həmin bölgədə 2 minədək hərbi qüvvəsi var.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, əməliyyatda məqsəd sərhəd bölgəsini İslam Dövləti qrupu bə kürd yaraqlılarından təmizləməkdir.

Ankara oradakı yerli kürd qruplaşmasının terrorçu PKK təşkilatı ilə əlbir olduğunu iddia edir.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya da 2014-cü ildən bölgədə “İslam dövləti qrupu” yaraqlılarına qarşı mübarizə aparır.

Bu koalisiya eyni zamanda Suriya prezidenti Bəşar Əsəd rejiminə qarşıdır.

Əsəd rejimini dəstəkləyən Rusiya 2015-ci il sentyabrın 30-dan Suriyada hərbi kampaniya aparır.

XS
SM
MD
LG