Accessibility links

Meksika prezidenti: Sərhəddəki hasarın pulunu ödəməyəcəyik


Meksika prezidenti Enrike Penya Nioto hakimiyyətə gəlməkdə olan Tramp administrasiyasına ilə yaxşı əlaqələr qurmaq istədiyini bildirsə də, ABŞ-Meksika sərhədinə çəkiləcək hasarın pulunu Meksikanın ödəməyəcəyini bir daha dilə gətirib.

Biz açıq və hərtərəfli danışıqlar təklif edəcəyik. Təhlükəsizlik, miqrasiya və ticarət də daxil olmaqla bizim ikitərəfli əlaqələrimizə daxil olan bütün məsələlər masa üzərindədir. Biz nə bir ölkə olaraq, nə də meksikalılar olaraq ləyaqətimizə zidd heç bir addımı qəbul etməyəcəyik.
Meksika prezidenti

"Biz açıq və hərtərəfli danışıqlar təklif edəcəyik. Təhlükəsizlik, miqrasiya və ticarət də daxil olmaqla, bizim ikitərəfli əlaqələrimizə daxil olan bütün məsələlər masa üzərindədir. Biz nə bir ölkə olaraq, nə də meksikalılar olaraq ləyaqətimizə zidd heç bir addımı qəbul etməyəcəyik".

ABŞ-ın növbəti prezidenti Donald Tramp Meksikanı ABŞ-a qanunsuz keçən mühacirlərin qarşısını almaq məqsədilə inşa ediləcək hasarın pulunu ödəməyə məcbur edəcəyinə söz vermişdi.

Tramp habelə Meksikaya köçüb məhsullarını Birləşmiş Ştatlarda satacaq şirkətlərə böyük tariflər tətbiq edəcəyi ilə hədələmişdi. O, NAFTA kimi tanınan Şimali Amerika Azad Ticarət Sazişini ləğv edəcəyinə də söz verərək bildirmişdi ki, hazırki razılıq ABŞ-dan çox Meksikanın maraqlarına xidmət edir.

Pena Nietonun sözlərinə görə, o, xarici investorlarının hədələnməsini dəstəkləməsə də, hər iki ölkənin maraqlarına xidmət edəcək ticarət razılığının əldə olunmasını istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG