Accessibility links

"Caborca Trackers" qrupu Meksikada itkin düşmüş qurbanları axtarır


"Caborca Trackers" qrupu Meksikada itkin düşmüş qurbanları axtarır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

"Caborca Trackers" qrupu Meksikada itkin düşmüş qurbanları axtarır

Meksikanın ABŞ-la həmsərhəd olan Sonora vilayətində itkin düşən yüzlərlə insanın rəqib cinayət qrupları arasındakı zorakılığın qurbanı olduğu güman edilir. Reportyor Ruben Pereyda itkin düşmüş qurbanların axtarışına çıxan "Caborca Trackers" və ya "Kaborka İzləri" adlı qrupa qoşulub.


Güllə dəliyi olan kəllə sümüyü Meksikanın Sonora səhrasında aşkar edilib. Bu dəhşətli kəşf naməlum şəxsin zorakı bir sonu olduğunu göstərir.

Bu, itkin düşən yaxınlarını tapmaq axtarışında olan qrup üçün dəhşətli bir işdir. Kəllə sümüyünün yaxınlığında onlarla insan sümüyü tapılıb.

Bunlar Sonora vilayətindəki "Rastreadoras de Kaborka" və ya "Kaborka İzləri" adlı kollektivin sadiq üzvləridir. Onların ağır işi səhrada tapılan, bəziləri narkotik kartelinin zorakılığının qurbanı olan insan qalıqlarını tapmaq və müəyyən etməkdir.

Polis əməkdaşları qrupun təhlükəsizliyini təmin etmək üçün onları müşayiət edir.

Başqaları kimi qrupun lideri Brins Kanastillo da şəxsi faciəsi ilə yaşayır. Onun qardaşı təxminən beş il əvvəl yoxa çıxıb. "Biz onları tapmaq, onlarla nə baş verdiyini öyrənmək üçün buraya böyük ümidlərlə gəlirik. Bu, çox çətindir."

Kanastillo deyir ki, insan qalıqlarını tapanda ziddiyyətli duyğuların öhdəsindən gəlmək çətindir. Qurbanın axtarışı başa çatanda, onların sağ tapılması ümidi də sona yetir.

Qohumlar ortaq bir missiya ilə bağlı kollektivdə güc tapdıqlarını deyirlər. Brisa Martinez oğlu Martinin keçən il cinayətkar qrup tərəfindən qaçırıldığını və hələ də itkin düşdüyünü deyir. "Çox çətindir, çünki onun harada olduğunu, ona nə etdiklərini, onu harda qoyub getdiklərini bilmirik."

Elviya Noryeqa daha könüllüdür. O deyir ki, onun polis işçisi olan oğlu keçən il qaçırılıb. Onun cəsədi itkin düşəndən 100 gün sonra səhrada tapılıb. Elvia Noryeqa: "Mən itkin oğulun və onunla nə baş verdiyini bilməməyin nə olduğunu bilirəm. Bu işgəncə, kədər, çox qarışıq hisslərdir. Ona görə də bu axtarışda yoldaşlarıma yardım edirəm."

"Kaborka İzləri" dörd il əvvəl Sonora səhrasında axtarışlara başlayandan bəri onlar 100-dən çox skelet qalığı aşkar edib. Tapıntı barədə xəbər verildikdən sonra rəsmilər qalıqlar üzərində DNT testləri aparır və ailələr nəhayət bununla çox ehtiyac duyduqları bir nəticənin əldə ediləcəyinə ümid edir.

Forum

XS
SM
MD
LG