Accessibility links

Mey Brexit-dən sonra Afrika ölkələri ilə iqtisadi münasibətləri gücləndirməyə çalışır


Britaniyanın baş naziri Tereza Mey çərşənbə axşamı Cənubi Afrika Respublikasına səfər edib. Bu, baş nazirin Brexit-dən sonrakı iqtisadi münasibətlərini gücləndirmək səyləri çərçivəsində Afrikanın üç ölkəsinə planlaşdırılan səfərində ilk dayanacaqdır.

Mey Keyptaunda auditoriya qarşısında çıxış edərək, qitə ilə ticarət əlaqələrini dərinləşdirmək istədiyini bildirib.

Tereza Mey, Britaniyanın baş naziri: “Mən Birləşmiş Krallıq və Afrikadakı dostlarımız arasında yeni tərəfdaşlıqlar qurmaq istəyirəm. Birgə rifah və birgə təhlükəsizlik üzərində qurulan tərəfdaşlıq.”

Mey çərşənbə günü Nigeriyaya, cümə axşamı isə Keniyaya səfər edəcək. Baş nazir Britaniyanın hökumət nazilərindən və müxtəlif sənayeləri təmsil edən biznes icmasınında ibarət nümayəndə heyəti ilə səfər edir.

XS
SM
MD
LG