Birləşmiş Krallıq Avropa Komissiyası ilə Böyük Britaniyanın Avropa Birliyindən "daha rahat və sadə" çıxışını təmin edəcək siyasi bəyannamənin mətn layihəsi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Sövdələşmə ilə bağlı məlumat verən baş nazir Tereza Mey cümə axşamı bildirib ki, razılaşma Britaniya xalqının iradəsini özündə əks etdirəcək.
"Prosses 20 aylıq icra müddətində davam edəcək ki, biz gələcək əlaqələrimizi qurmaq və bezneslərimizi buna hazırlamaq üçün kifayət qədər vaxtımız olsun. Bu, Britaniyada yaşayan Avropa Birliyi vətəndaşlarının və Avropa Birliyində yaşayan Britaniya vətəndaşlarının hüquqlarını qoruyacaq və onlara həyatlarını əvvəlki kimi davam etdirə bilmələrinə imkan yaradacaq. Bu, maliyyə öhdəliklərimizin ədalətli bir şəkildə bölünməsini təmin edəcək. Həmçinin, Şimali İrlandiya ilə İrlandiya arasında İrlandiya dənizində heç bir gömrük sərhədlərinin olmaması öhdəliyimizi də yerinə yetirəcək" - deyə, Tereza Mey bildirib.
Müqavilə hələ Avropa Birliyi üzvlərinin rəhbərləri tərəfindən bazar günü baş tutacaq Avropa Birliyi Şurasının xüsusi toplantısında təsdiq edilməlidir.
Tereza Mey də Brexit razılaşmasının öz parlamentindən keçməsi problemi ilə qarşı-qarşıyadır. Britaniya parlamentinin bir çox üzvü bu müqavilənin qitə ilə əlaqələri kəsmək üçün kifayət qədər uğurlu bir müqavilə olduğunu düşünmür.