Accessibility links

Meydan TV-nin apellyasiya şikayəti təmin edilməyib


Meydan TV saytı
Meydan TV saytı

Bakı Apelyasiya Məhkəməsi aprelin 23-də Meydan TV-nin saytının bloklanması ilə bağlı şikayətini təmin etməyib. Hakim Etibar Nəbiyevin sədrlik etdiyi prosesdə birinci məhkəmə instansiyasının qətnaməsi qüvvədə saxlanılıb. Bu barədə Meydan TV məlumat yayıb.

Səbail Rayon Məhkəməsi 2017-ci ilin 12 may tarixində Meydan TV-nin bloklanması haqda qərar çıxarıb.

2017-ci ilin mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG