Jurnalist Sevinc Vaqifqızı fevralın 5-də dindirilmək üçün Baş Prokurporluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edilib.
Jurnalistin sözlərinə görə, dindirmə iki saat davam edib.
“Dindirmə peşə fəaliyyətimizlə bağlı idi. Buna qədər “Mingəçevir hadisələri” adı ilə dəvət edilmişdim. Amma onda da “Meydan TV” saytı ilə bağlı suallar olurdu. Bu dəfə sırf “Meydan TV”-nin fəaliyyəti ilə bağlı suallar verirdirlər”, Vaqifqızı qeyd edib.
Dindirməni müstəntiq Əli Babayev aparıb.
Meydan.tv saytı 2015-ci ilin avqustunda Mingəçevir polis şöbəsində naməlum şəraitdə vəfat edən Bəhruz Hacıyevin ölümünu və sonra baş verən etiraz aksiyalarını ictimailəşdirib.
O zaman rəsmi açıqlamada dindirilməyə çağırılan B.Hacıyevin özünü qəfildən 3-cü mərtəbədən atması göstərilirdi. Ancaq mərhumun valideyinləri intiharla bağlı deyilənləri qəbul etmir, oğullarına işgəncə verilməsindən şübhələndiklərini bildirirlər.