Accessibility links

Meydan.tv saytı haker hücumuna məruz qalıb


Meydan TV-nin Facebook səhifəsi
Meydan TV-nin Facebook səhifəsi

Meydan.tv saytına oktyabrın 21-də səhər saatlarında güclü haker hücumu olub. Hazırda sayt açılmır.

Meydan.tv Facebook səhifəsində bildirir ki, texniki heyət ən qısa zamanda saytın problemsiz çalışması üçün cəhd edir.

Xatırladaq ki, Meydan.tv-nin hostinqi xarici ölkədə yerləşir.

Meydan.tv saytı Azərbaycanın bir sıra məmurları haqqında sərt tənqidi məqalələrlə çıxış edir. Saytın mərkəzi ofisi Almaniyada yerləşir.

Son dövrlər sayt Azərbaycanda ofisini bağlayıb və bu media orqanı ilə əməkdaşlıq edən jurnalıistlər dəfələrlə hüquq-mühafizə orqanlarında dindirilib.

XS
SM
MD
LG