Accessibility links

Çin alimləri iki meymun klonlaşdırıb


Çjon Çjon və Hua Hua.
Çjon Çjon və Hua Hua.

Çin alimləri iki körpə meymunu uğurla klonlaşdırıblar. Bu cür təcrübə ilk dəfədir ki, primatlar üzərində həyata keçirilir.

Cell jurnalının verdiyi məlumata görə, Şanxayda yerləşən Çin Elm Akademiyasında Çjon Çjon və Hua Hua adlı iki makaka dünyaya gəlib.

Onlar petri kasasında böyüdülən embrion hüceyrələrindən inkişaf etdiriliblər. Eyni metod ilk məməlinin klonlaşdırılması zamanı istifadə edilmişdi.

Pu Muminq, Nevrologiya İnstitutunun direktoru, Çin Elm Akademiyası: “Biz insan klonlaşdırılması haqqında düşünmürük. Məqsədimiz meymunları klonlaşdırmaqla insanlara təqdim etdiyimiz tibbi xidmətləri yaxşılaşdırmaqdır. Bu həm də beyin təhqiqatının aparılması üçün faydalı olacaq. Bilirəm ki, siz bununla bağlı narahatsınız, amma bunun insan klonlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. ”

Çin alimlərinin meymunların klonlaşdırılması üçün istifadə etdikləri metod tibbi eksperimentlər məqsədilə heyvanların klonlaşdırılması üçün tətbiq edilə bilər. Heyvan müdafiəçiləri bu cür eksperimentləri qınadıqlarını bildirirlər.

İnsanların klonlaşdırılmasına gəldikdə isə, ABŞ federal nizamnamələri bu cür praktikanı qadağan edir. Lakin dünyanın müxtəlif yerlərindən olan alimlər bu qaydaya tənqidi yanaşırlar.

XS
SM
MD
LG