Accessibility links

Bir qrup heyvansevər inzibati qaydada həbs olunub


Heyvansevərlərə inzibati həbs cəzası verilib

Avqustun 7-də bir qrup heyvansevər Bakının Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Avqustun 6-da Bakı şəhərində saxlanılan Elxan Mirzəyev, Nicat İsmayılov və Nicat Azayev İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələrinin pozulmasında təqsirli biliniblər.

Digər fəal Aynur Babazadə bildirib ki, dünən axşam şəhərin mərkəzində meymunu gəzdirib pul müqabilində həmin meymunla şəkil çəkdirməyi təklif edən şəxsə yaxınlaşaraq ona sivil qaydada etiraz bildiriblər.

"Demişik ki, o, meymunun dişlərini çıxardaraq heyvanı istismar edir. O izə bizə sərt cavab verib, təhqir edib. Mübahisə yarandı. Həmin an polislər gəldi və sərt şəkildə Elxan Mirzəyev, Nicat İsmayılov və Nicat Azayevi post patrul maşınına tərəf apardı".

Fəal qeyd edib ki, saxlanılanlar Səbail rayon polis bölməsinə aparılıb, bu gün oradan Səbail Rayon Məhkəməsinə gətirilib.

"Barəmdə isə İnzibti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edərək 50 manat cərimələyiblər".

Məsələ ilə bağlı rəsmi qurumlar hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG