Accessibility links

Meyndə yüzlərlə Santa Klaus xeyriyyə üçün xizək sürüb


Meyndə yüzlərlə Santa Klaus xeyriyyə üçün xizək sürüb
please wait

No media source currently available

0:00 0:01:11 0:00

Meyndə yüzlərlə Santa Klaus xeyriyyə üçün xizək sürüb

Meyn ştatındakı Sunday River adlı kurortun qarlı eniş və yoxuşları bazar günü Santa Klaus paltarı geyinmiş insanlarla dolu idi.

Yerli təlim və tədris proqramlarına kömək məqsədilə təşkil olunan bu xizəksürmə yarışında iştirak etmək istəyən hər kəs Santa Klaus kimi ağ saqqal, qırmızı papaq və palto geyinməklə yanaşı həm də ən az 20 dollar dəyərində iştirak haqqı da ödəyiblər.

Kurortdan verilən məlumata görə, bu il təşkil olunan tədbirdə yerli xeyriyyə təşkilatları üçün 4000 dollardan çox pul yığılıb.

"Bu çox möhtəşəm idi. İnsanlardakı enerji fenomenaldır. Bu gün ilin ən sehrli günü idi." - deyə, kurortun tədbirlər üzrə direktoru Karolina Oktera bildirib.

Santa Klauslar dağdan aşağı doğru xizək sürə-sürə əllərin zınqırov çalaraq "Ho Ho Hoə qışqırıblar.

XS
SM
MD
LG