Accessibility links

Ərdəbildə Azərbaycana dəstək aksiyaları ilə bağlı iki fəala həbs və şallaq cəzası verilib


Əli Xeyrcu və Meysəm Colani
Əli Xeyrcu və Meysəm Colani

Ərdəbil Cəza Məhkəməsi keçən ilin sentyabr və oktyabr aylarında təşkil olunan Azərbaycana dəstək aksiyaları ilə əlaqədar milli fəallar Meysəm Colani və Əli Xeyrcu haqqında şallaq və həbs qərarı verib.

Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədinə istinadən, Cəza Məhkəməsinin 110-cu şöbəsi “hay-küy və qarışıqlıq yaradaraq ümumi intizam və asayişi pozmaq”-da ittiham edilən türk fəalların hər birinə qarşı 20 zərbə şallaq və 4 ay həbs cəzası çıxarıb.

Məhkəmə hökmündə yazılıb ki, “Colani və Xeyrci sentyabrın 29-da Ərdəbilin Şeyx Səfi kompleksinin çevrəsində hay-küy və qarışıqlıq yaratmaq, plakatlar açmaq və aksiya xəbərini İslam İnqilabı nizamına müxalif olan mediaya göndərməklə ümumi intizam və asayişin pozulmasına səbəb olublar.”

Sentyabr 2020 - Ərdəbil
Sentyabr 2020 - Ərdəbil

Keçən sentyabr ayının son günlərində sosial mediada paylaşılan görüntülərə əsasən, Dağlıq Qarabağda intensiv hərbi toqquşmalar zamanı Ərdəbilin Şeyx Səfi komplkesinin çevrəsinə toplanan bir qrup vətəndaş üzərində “bir millət sizin arxanızdadır Azərbaycan əsgəri” cümləsi yazılmış plakatlar nümayiş etdirmişdilər.

Meysəm Colani və Əli Xeyrcu Qarabağa dəstək aksiyaları ilə əlaqədar iki ayrı məhkəmədə mühakimə ediliblər. Onların Ərdəbil İnqilab Məhkəməsindəki mühakimə prosesi davam etməkdədir.

Hər iki fəal keçmiş illərdə də göstərdikləri siyasi-ictimai fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG