Las Veqasın hüquq şirkəti Birləşmiş Ştatlar tarixində ən dəhşətli qətliam qurbanları ilə MGM Resorts International arasında təzminat razılaşması əldə edildiyini bildirib.
Minlərlə qurbanı təmsil edən hüquq şirkəti MGM Resorts International-ın 2017-ci ildə qətlə yetirilən 58 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən hücum qurbanlarına $735-lə $800 milyon arasında dollar ödəməyə razı olduğunu bildirib.
Hərçənd ki, heç nə həmin gün itirilən həyatları geri qaytara bilməz, bu anlaşma minlərlə qurbanlara və onların ailələrinə verilən düzgün təzminatdır.Robert Eglet, vəkil
“Son iki ildə həyat çox çətin oldu. Mənim iki uşağım var. Ümid edirəm ki, indi getmək istədiyim yerlər daha təhlükəsizdir," hücum zamanı bir gözünü itirən Çelsia Romoi bildirir.
2017-ci ilin oktyabr ayında Nevada ştatı sakini, 64 yaşlı Stefen Paddok adlı şəxs MGM-ın Mandalay Bay kazino-otelinin 32-ci mərtəbəsindən kantri musiqi konsertinə tamaşa edən insanlara atəş açaraq 58 nəfəri öldürmüş, 527 insanı yaralamışdı.
Cümə axşamı əldə edilən razılıq kütləvi qətliam zamanı iri şirkətlərin və sahibkarların məsuliyyəti barədə mühüm hüquqi suallar doğurmuşdu.
Qurbanlardan birinin vəkili olan Robert Eglet təzminatın qətliamla bağlı MGM-i bütün məsuliyyətdən azad edəcəyini bildirib.
"Hərçənd ki, heç nə həmin gün itirilən həyatları geri qaytara bilməz, bu anlaşma minlərlə qurbanlara və onların ailələrinə verilən düzgün təzminatdır," deyə o bildirib.
Eglet MGM-in korporativ məsuliyyətinin öhdəsindən layiqincə gəldiyini əlavə edib.