Malayziya Hava Yollarına məxsus MH370 təyyarəsinin 239 sərnişin və ekipaj üzvü ilə birlikdə Kuala Lumpurdan Pekinə uçduğu yolda itməsindən iki il sonra müstəntiqlər hələ də aviasiya tarixində ən müəmmalı hadisəsələrdən birinin baş verməsi səbəblərini tapmağa çalışır.
Təyyarəyə aid olan tək bir parça Hindistan okeanında Reunion adasında tapılıb. Reunionda və Mozambikdə tapılan digər iki parça isə hələ də yoxlanılır.
Kok Su Çin Malayziya, Birləşmiş Ştatlar, Çin, Avstraliya, Britaniya və Fransa rəsmilərindən ibarət beynəlxalq axtarış komandasının baş təhqiqatçısıdır.
Axtarış səylərində diqqət yetirilən səkkiz faktora uçuş planı, ekipaj üzvləri haqda məlumatlar, təyyarənin uçuşa yararlığı, təyyarənin təmir durumu və karqo yükü daxildir.
Hindistan Okeanında 120 min kv. kilometrlik ərazidə davam edən axtarışlara təxminən 125 milyon dollar vəsait xərclənib. Malayziyanın Baş naziri Nəcib Razak təyyarənin aqibətinin müəyyən olunacağından ümidli olduğu birdirsə də, bu ilin sonuna qədə axtarışların dayandırılacağı barədə xəbərdarlıq edib.
Səfər edən sərnişinləri hava təhlükəsizliyi ilə bağlı məlumatlandıran ABŞ-ın Airsafe qrupunun rəhbəri Todd Kurtis də müəmmanın həll olunacağını gözləyir, lakin o bunun uzun illər aparacağını deyir. Onun sözlərinə görə, 1912-ci ildə 1500 nəfərin ölümünə səbəb olan Titanikin parçalarının tapılması da illər sonra texnolji irəliləyişlər sayəsində oldu.