Accessibility links

Məhbus iranli hüquq müdafiəçisi mükafata layiq görülüb


Məhbus iranli hüquq müdafiəçisi mükafata layiq görülüb
Məhbus iranli hüquq müdafiəçisi mükafata layiq görülüb

Pen Amerika Mərkəzinin rəhbəri Kvame Antoni Appiah deyib ki, mükafatı Nəsrin Sütudəyə verməklə ona öz ehtiramımızı bildirir, hüquqlarının bərpa olunmasını tələb edən milyonlarla iranlı ilə bərabər dünyanın bütün hökumətlərinə müraciət edərək onlardan xanım Sütudənin dərhal azadlığa buraxılması tələbi ilə bizə qoşulmasını tələb edirik.

Həbsdə saxlanan məşhur iranlı hüquq müdafiəçisi Nəsrin Sütudə aprelin 13-də “Pen American Center” qurumunun (Pen Amerika Mərkəzi) “Yazmaq üçün azadlıq” mükafatına layiq görülüb.

2010-cu ilin sentyabr ayında zindana salınan Nəsrin Sütudə 11 il həbsə məhkum edilib. Nəsrin Sütudə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.

“Media forum” saytının məlumatına görə, Pen Amerika Mərkəzinin rəhbəri Kvame Antoni Appiah jurnalistlərlə görüşündə deyib ki, Nəsrin Sütudə azadlıq uğrunda apardığı fəaliyyətlərinə görə bu mükafata layiq görülüb: “Dünya ictimaiyyətinin azadlıq tələb etdiyi bir vaxtda xanım Sütudə bədnam və qorxunc zindanların birində saxlanır. Bu isə İran hakimiyyəti üçün utandırıcıdır.

Biz bu mükafatı Nəsrin Sütudəyə verməklə ona öz ehtiramımızı bildirir, hüquqlarının bərpa olunmasını tələb edən milyonlarla iranlı ilə bərabər dünyanın bütün hökumətlərinə müraciət edərək onlardan xanım Sütudənin dərhal azadlığa buraxılması tələbi ilə bizə qoşulmasını tələb edirik”.

XS
SM
MD
LG