Accessibility links

Məşhurlar: Şahzadə Vilyam və Keyt nəhayət ki, təklikdə qala biləcəklər


Məşhurlar: Şahzadə Vilyam və Keyt nəhayət ki, təklikdə qala biləcəklər
Məşhurlar: Şahzadə Vilyam və Keyt nəhayət ki, təklikdə qala biləcəklər

Britaniya şahzadəsi Vilyam və onun yenicə evləndiyi həyat yoldaşı Keyt deyilənə görə bu ayın sonu Kensinqton sarayına köçəcəklər. Daily Mail qəzeti yazır ki, onlar sarayda Vilyamın qardaşı şahzadə Herri və anası şahzadə Dayana ilə uşaq illərində yaşadığı sadə bir mənzildə qalacaqlar. Xəbərlərə görə, mənzildə rahatlıq üçün yüngül təmir işləri görülüb, amma böyük dəyişikliklər edilməyib. Bundan əvvəl isə yeni evlənən Vilyam və Keytin Anqleseydəki malikanədə yaşayacağı və Londondakı mənzillərinə ildə bir-iki dəfə baş çəkəcəkləri deyilirdi. Yəqin ki, şahzadə Herri ilə Klarens iqamətgahında bərabər yaşadıqan sonra təzə bəy və gəlin nəhayət ki, təklikdə qala biləcəklərinə çox sevinirlər. Qardaş da olsa, bir yerdə yaşamaq yeni evlənmiş cütlek üçün yəqin ki, çox da yaxşı başlanğıc deyil.

XS
SM
MD
LG