Demokrat partiyasının milli qurultayının ilk günü ABŞ-ın birinci xanımı Mişel Obamanı səhnənin ulduzu adlandırsaq yanılmarıq. Həyat yoldaşının dəyərləri və qabiliyyətlərindən danışan xanım Obamanın çıxışının tonu, həyəcanı və emosional çalarları bir mesajın çatdırılmasına xidmət edirdi: ”Barak Obama sizin həyatınızı yaxşı bilir, özü sizin yaşadığınız çətinliklərdən keçib, o sizin eitbarınıza layiqdir”.
Bu mesajı çatdırmaq üçün Mişel Obama Amerika tarixindən hadisələrə toxunmuş, emosional və həyacanlı çıxışında cənab Obamanı sədaqətli həyat yoldaşı, qayğıkeş ata və xalqın inana bildiyi insan adlandıraraq, onun yenidən prezident seçilməsinə çağırmışdır.
Birləşmiş Ştatlarda seçki ilinin kulminasiyası olan partiya qurultaylarında prezidentlik uğrunda mübarizə aparan namizədlərin xanımlarının çıxışı xüsusi diqqətlə izlənilir. Xanım Obamanın çıxışı da bu mənada nəinki istisna deyil, hətta Demokrat partiyasında qadın fəallarla yanaşı, ölkədə bir çox qadının böyük rəğbətlə qarşıladığı bir nitq olmuşdur.
Mişel Obamanın mesajının əsasında duran başlıca fikir bundan ibarət idi: Prezident Obama özü orta sinfə mənsub olub, bu sinfin problemlərini yaxşı bildiyi üçün etibar edilməyə layiqdir. Mesajını çatdırmaq üçün Mişel Obama çıxışında xalqın üzləşdiyi problemlər və bu problemlərin prezidentə necə təsir etdiyini göstərməyə çalışaraq, şəxsi həyat və siyasət arasında bir bağlantı yaratmışdır. Prezident Obama ilə gənclik illərini xatırlayan xanım Obama şəxsi həyatından hadisələri adi amerikalıların həyat perspektivindən göstərmişdir. “İnana bilməzsiniz, biz evlənəndə tələbə kimi borcumuz ev kirayəsindən daha yüksək idi. Biz gənc və bir-birimizə aşiq idik, borcumuz da başımızdan aşırdı”-deyən xanım Obama prezidentin tələbələrə yardımın artırılması istiqamətində göstərdiyi böyük səylərin nəyə əsaslandığını izah etməyə çalışıb. Birinci xanımın çıxışında belə avtobioqrafik ekskurslar dəfələrlə yer almışdır. “Barak üçün məsələlər siyasi deyil, şəxsi məna daşıyır...Barak Amerika arzusunun nə olduğunu bilir, çünki o özü bu arzunu yaşayıb”-deyən xanım Obama həyat yoldaşının yenidən prezident seçilməsi üçün qurultayda toplaşan nümayəndələrə emosional şəkildə müraciət etmişdir.
Mişel Obamanın çıxışı zalda böyük alqışlarla qarşılanmışdır. Qurultayda qadın nümayəndələrin çoxu birinci xanıma nümunə modeli kimi baxır. Lakin xanım Obama təkcə qadınlar arasında populyar deyil. Son rəy sorğuları onun populyarlıq reytinqinin prezident Obamadan daha yüksək olduğunu göstərir.
Qadınlar Demokrat partiyasının mühüm elektoratı rolunu oynayır. ABŞ-ın ilk qaradərili birinci xanımının da bu elektorat arasında populyarlığı heç kəsdə şübhə doğurmur. Amma söhbət təkcə Mişel Obamanın siyasi səhnədə rolundan getmir. Əslində verdiyi müsahibələrdə xanım Obama siyasi fiqur kimi rol oynamaq istəmədiyini, hər zaman ilk növbədə həyat yoldaşı, ana və qadın olduğunu xatırlatmağa çalışıb. Ağ Evdə olduğu müddətdə birinci xanım kimi o, uşaqların sağlamlığı, qadınların ictimai rolu kimi məsələlərə diqqət verib.
Mişel Obamanın daha bir güclü tərəfi onun xüsusilə də qaradərili amerikalı qadınlar arasında sözün əls mənasında model, bir moda ikonası kimi ad qazanmasıdır. Birinci xanımın qarderobu, onun geyimləri və stili Amerika ictimaiyyəti və mətbuatının artıq dörd ildir diqqətlə izlədiyi bir mövzudur. Populyar moda saytları Demokratların qurultayında Mişel Obamanın çəhrayı rəngli donuna yüksək qiymət verməyə davam edir.
Mişel Obamanın 2008-ci ildə ABŞ-ın birinci xanımı olmasından sonra onun özünəməxsus geyim stilinə yeni ştrixlər əlavə edilib. Mişel Obama özündən əvvəlki birinci xanımlar kimi Ağ Evdə olduğu müddətdə daha nəfis və eleqant geyim stilinə sahib olmağa başlayıb. Lakin Mişel Obama birinci xanım statusuna münasib "uniforma" kateqoriaysına aid olan geyimlər əvəzinə gənc dizaynerlərin hazırladığı dəstlər və Amerikada JCrew kimi populyar brendlərin istehsal etdiyi geyimlərdə görünür. Bununla o, Amerikada dizaynerlərini və Amerika stilini təbliğ etməyə çalışır.
Moda eksperləri Mişel Obamanın stilini zərif, lakin özünə güvənən bir qadının stili kimi təsvir edirlər. Moda birinci xanımın müəyyən dərəcədə hobbisidir. Lakin moda və seçdiyi geyimin stili bir tərəfə, Demokratların qurultayı kimi bir möhtəşəm tədbirdə düzgün siyasi mesajın göndərilməsi əsas prioritetdir. Qurultayın sonuncu günü prezident Barak Obama partiyadan nominasiyasını qəbul edəcək. Birinci xanım Mişel Obama qurultayın birinci günü səhnədə tək ulduz kimi deyil, artıq ABŞ prezident seçkilərində rəsmi namizədlə yanaşı dayanacaq. Moda ekspertləri onun bu dəfə də siyasi cəhətdən korrekt seçim etməklə yanaşı, Amerika stilini vurğulayacaq dəbli bir geyimdə olacağına şübhə etmir.