Accessibility links

Miçiqan ştatının Ali Məhkəməsi Trampın 2024-cü il seçki bülletenində saxlanmasına qərar verib


Miçiqan ştatının Ali Məhkəməsi keçmiş prezident Donald Trampı ştatın ilkin seçki bülletenində saxlayıb.

Məhkəmənin çərşənbə günü bildirdiyinə görə, Trampın səsvermə bülletenində iştirakına mane olmaq istəyən qrupların tələbinə görə aşağı instansiya məhkəməsinin apellyasiya qərarınını nəzərdən keçirməyəcək.

Ştatın Ali Məhkəməsi sərəncamında tərəflərin Miçiqan Apellyasiya Məhkəməsinin 14 dekabr apellyasiya şikayətinə baxıldığını, lakin təqdim olunan sualların məhkəmə tərəfindən nəzərdən keçirilməsi üçün inandırıcı olmadığına görə rədd edildiyini bildirib.

Qərar 2021-ci il yanvarın 6-da ABŞ-ın Konqres binasına hücumda iştirak etdiyinə görə, Kolorado Ali Məhkəməsinin dekabrın 19-da Trampın prezident olmağa uyğun olmadığına dair verdiyi qərarından sonra verilib. Tarixdə ilk dəfə idi ki, 14-cü düzəlişin 3-cü bölməsi prezidentliyə namizədin diskvalifikasiyası üçün istifadə olunub.

Miçiqan və Kolorado qərarları Trumpın adının ştat seçkilərindən çıxarılmasına ümid edən onlarla müraciətdən biridir. Onların hamısı Konstitusiyanın "üsyan və ya üsyanla məşğul olan" şəxsin vəzifə tutmasına mane olan maddəsini əsas gətirir.

The Detroit News-un dekabrın 22-də yayımlanan hesabatında seçkilərdən sonra telefon danışığı zamanı Trampın Miçiqan ştatının Veyn dairəsinin iki seçki məmuruna 2020-ci ilin səslərinin yekunlarını təsdiq etməməyi tələb etdiyi səs yazısı açıqlanıb. Keçmiş prezidentin 2024-cü il kampaniyası səs yazısının legitimliyini nə təsdiq, nə də təkzib edib.

Minnesota ştatında Trampın adının ilkin səsvermə bülletenindən çıxarılması səylərində iştirak edən liberal qeyri-kommersiya "İnsanlar üçün Azad Söz" qrupunun vəkilləri Miçiqan Ali Məhkəməsindən Milad bayramına qədər qərar verməsini xahiş edib.

Bu ayın əvvəlində Miçiqan ştatının Ali Məhkəməsi apellyasiya şikayətinə dərhal baxmaqdan imtina edərək, işin apellyasiya Məhkəməsində qalmasının gərək olduğunu deyib.

"İnsanlar üçün Azad Söz" qrupu Miçiqanın dövlət katibi Coselin Bensonu Trampı Miçiqan ştatında səsvermədə iştirakdan məhrum etməsi üçün məhkəməyə vermişdi. Lakin Miçiqan İddia Məhkəməsinin hakimi noyabr ayında qərar vermənin Konqresin səlahiyyətində olduğunu deyərək, tələbi rədd etdi.

Forum

XS
SM
MD
LG