Accessibility links

Polis: Miçiqanda valideyndlərini öldürməkdə şübhəli bilinən tələbə saxlanılıb


Mərkəzi Miçiqan Universiteti ərazisi
Mərkəzi Miçiqan Universiteti ərazisi

Mərkəzi Miçiqan Universitetinin yataqxanasında valideynlərini öldürməkdə şübhəli bilinən 19 yaşlı tələbə, şənbə günü 100-dən çox polis əməkdaşının cəlb olunduğu və bir gün davam edən axtarışlar nəticəsində yaxalanıb.

Mərkəzi Miçiqan Universitetinin vebsəhifəsində qeyd edilib ki, gecə yarısından sonra qatarda olarkən digər sərnişin tərəfindən müəyyən edilmiş Ceyms Erik Deyvisin həbsi zamanı insident baş verməyib.

Cümə günü Mərkəzi Miçiqan Universitetinin Kempbel binasındakı atışma zamanı valideynlərin tələbələri yaz fasiləsi üçün götürməyə gəldiyi bir zaman baş verib.

Lansinq şəhərindən təxminən 110 kilometr şimalda yerləşən Mərkəzi Miçiqan Universitetindəki atışma səhər 8:30 radələrində baş verib. Polis öldürülənlərin Ceyms Erik Deyvisin anası Diva Deyvis və atası, yarımştat polis əməkdaşı Ceyzm Deyvis Sr. olduğunu müəyyən edib.

Yerli rəsmilərin verdiyi məlumata əsasən, Deyvis cümə axşamı gecə saatlarında universitet polisi tərəfindən narkotik maddə istifadəsi ilə bağlı problemlə əlaqədar xəstəxanaya aparılıb.

Deyvis ailəsi Çikaqonun cənub-qərbində yerləşən, İllinoys ştatının Pleynfild şəhərindəndirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG