Accessibility links

Mikro-mənzillər yeni tendensiyadır [Video]


Mikro-mənzillər yeni tendensiyadır
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Mikro-mənzillər – Kiçildilmə dizaynlarının qərb şəhərlərində geniş yayıldığı yeni tendensiyadır. Lakin Asiyada kiçik mənzillər trend deyil, həyat tərzidir. Dünyanın ən bahalı mənzil bazarı kimi tanınan şəhərlərdən biri olan Honq-Konqda mənzillər getdikcə kiçilir.

Honq-Konqun mərkəzindəki bu bina gənc mütəxəssislər üçün mükəmməl yaşayış yeri kimi görünür. Lakin burada yaşayan Doni Çen belə düşünmür, çünki onun mənzilinin ümumi sahəsi 18 kv. m-dir. “Evə gedərkən mən düşünürəm ki, yenə qutunun içərisinə girməliyəm və orada 10-11 saat qalmalıyam. Hər gün mən evə dönəndə özümü qutuya salınmış pişik kimi hiss edirəm.”

Bu mənzilə o, ayda 1300 dollar verir ki, bu Çanın aylıq əmək haqqının üçdə bir hissəsidir.

Ümumiyyətlə Honq-Konqda mənzillər kiçilir, qiymətlər isə artır. Lakin bunun da çıxış yolu var. Endi Nit və onun həyat yoldaşı 28 kv. m-lik mənzili satın aldıqdan sonra onun quruluşunu dəyişmək qərarına gəlib. “Mənim mənzildə ev kino-teatrı olmasından xoşum gəlirdi və mən bu sistemi divarda inşa etdim. TV-yə tamaşa etmək üçün iki kürsü qoydum. Həyat yoldaşım üçün isə yəqin ki, televiziyanı mətbəxdə və hamamda seyr etmək daha rahat olardı.”

Arxitektorlar Yanis Çen və Derek Lu birlikdə bir çox məqsədə xidmət edəcək, mebeldən ibarət “The Pit Stop” adlanan layhə inşa ediblər. Divarlardan kitab rəfləri üçün istifadə edilə bilər. Eyni zamanda bu divarları çəkərək, otağı genişləndirmək mümkündür. Yatağa gedən pilləkənlərin altında isə əşyaları saxlamaq olar. Masa divarın içərisinə keçir.

Bu il Honq-Konqda tikiləcək 17 min mənzildən 30 faizinin sahəsi 30 kv. m-dən az olacar. Gələn belə mənzillərin sayının 43 faizə çatacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG