Accessibility links

Microsoft bazar dəyərinə görə Apple-ı keçmək üzrədir


Microsoft bazar dəyərinə görə Apple-ı keçmək üzrədir
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Microsoft Uoll Stritin ən dəyərli şirkətlər siyahısında Apple-ı keçmək üzrədir. Bu, Apple 1 trilyon dollar nöqtəsini keçən ilk şirkət olması xəbərindən dörd ay sonraya təsadüf edir.

Apple-ın səhmələrinin dəyəri bu həftə daha da aşağı düşdü. Buna səbəb ABŞ prezidenti Donald Trampın The Wall Street Journal qəzetinə müsahibəsində Çindən idxal edilən laptoplara və mobil telefonlara tariflərin tətbiq edilə biləcəyini qeyd etməsi olub. Həm Apple, həm Microsoft şirkətinin hazırkı dəyəri 814 milyard dollardır.

Wedbush investisiya şirkətinin təhlilçisi Daniel Ayvz deyir ki, “son zamanlar bu cür mənfi xəbərlər Kupertino səmalarındakı qara buludların sayını artırır və bu, səhmlərin qiymətinə təsir edir.”

Apple digər Silikon Vadisi nəhəngləri ilə müqayisədə daha ağır zərbələr alıb. Şirkətin səhmlərinin dəyəri noyabrın ilk günündən bəri 23 faiz aşağı düşüb. Bu kəskin enişin səbəbi şirkətin bayram satışlarında Uoll Stritin qoyduğu hədəflərə çata bilməcəyini bildirməsi olub. Bununla bərabər, son illərdə smartfonlara olan qlobal tələb yavaşlamaqdadır.

Səkkiz il öncə məhz elə smartfonların köməkliyilə Apple bazar kapitalizasiyasına görə, Microsoft şirkətini arxada qoya bilmişdi. Windows əməliyyat sisteminin istehsalçısı o zaman fərdi kompüterlərə olan tələbin zəifləməsinə görə çətinlik çəkirdi. Buna baxmayaraq, Microsoft geri qayıda bildi. Dörd il əvvəl rəhbərliyinə Satya Nadella keçəndən sonra şirkət Windows əməliyyat sistemindən asılılığını azaldaraq, bulud texnologiyası bazarının əsas oyunçusuna çevrildi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG