Accessibility links

Microsoft keçən il həyata keçirilən kiberhücumlara görə Rusiyanın məsuliyyət daşıdığını bildirir


Proqramlaşdırma nəhəngi Microsoft son bir ildə edilən dövlət dəstəkli haker hücumlarının arxasında Rusiyanın dayandığını bildirir. Şirkət bildirir ki, hakerlər əsasən ABŞ dövlət qurumlarını və beyin mərkəzlərini hədəfə alır.

Microsoft oktyabrın 7-də yaydığı hesabatda fidyə proqramları hücumlarının artan təhdidlərini də vurğulayaraq, ABŞ-ın ən çox hədəfə alınan ölkə olduğunu bildirir.

Microsoft şirkətinin proqram məhsullarının dünyada olduqca geniş istifadə edildiyini nəzərə alınarsa, onun Rəqəmsal Müdafiə hesabatı həm sənaye mütəxəssisləri, həm də hökumətlər tərəfindən yaxından izlənilir.

Hesabat ABŞ-ın həm kiberhücum, həm də fidyə proqramlarının təhlükələrinin artması ilə bağlı həyəcan təbili çaldığı bir vaxta təsadüf edir.

Prezident Co Baydeninin administrasiyası ABŞ-ın federal agentliklərinin dərinliklərinə qədər daxil olan SolarWinds hücumu ilə bağlı bütün detalları müəyyənləşdirməkdə hələ də çətinlik çəkir.

SolarWinds hücumunun miqyası və dərinliyi bir çox ABŞ rəsmisini heyrətləndirib və Konqresə qisas almaq üçün çağırışlar getdikcə artmaqdadır.

Ağ Ev ABŞ şirkətlərini kiber hücumlardan qorunmaq üçün proqram və müdafiə sistemlərini təcili olaraq yeniləməyə çağırıb.

Microsoft proqramlarının boşluqlarından istifadə edərək həyata keçirilən kiberhücumlar keçən ilin sonlarında geniş şəkildə yayılmışdı. ABŞ rəsmiləri hücuma görə Rusiyanın SVR adı ilə tanınan xarici kəşfiyyat xidmətini günahlandırır.

SVR Rusiyanın hərbi kəşfiyyat qurumu, QRU və əsas daxili təhlükəsizlik xidməti FSB ilə birlikdə, həm casusluq, həm də potensial ziyanverici kiberhücumlar həyata keçirir.

Hesabatda kiberhücumlarda əli olan digər ölkələr kimi Şimali Koreya, İran və Çinin də adları çəkilir.

Microsoft bildirir ki, 2020 və 2021-ci il ərzində Rusiyadan həyata keçirilən kiberhücumlar 52-dən 58 faizə qədər yüksəlib. Şimali Koreyanın hücumları 23 faiz, Çinin hücumlarının sayı isə 8 faiz artıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG